Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-735/2020 19.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Protokol tərtib edən X7 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Quba şəhərində anadan olmuş, subay, orta təhsilli, Quba şəhəri, H.Əliyev küçəsi, 55 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokolu tərtib edən şəxs X10 göstərdi ki, Quba Rayon Məhkəməsinin 2(027)-32 saylı, xx.xx.2017-ci il tarixli “icra vərəqəsi”-nə əsasən cavabdehlər X6, Şəxs və X2 Quba şəhəri, 22-ci məhəllədə iddiaçı X1 məxsus “Novruz universal market” mağazasının qarşısında qoyduqları üç ədəd səyyar köşk-polkalar cavabdehlərin hesabına oradan götürülməsi, cavabdehlərdən müştərək qaydada 10 manat dövlət rüsumunun alınaraq, iddiaçı X1 və 100 manat ekspertiza xərcinin alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs isə icra vərəqəsini icra etməmiş və icra vərəqəsindən kassasiya qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, qeyd olunan məhkəmə qətnaməsindən kassasiya şikayəti verdiyinə görə bu gün ona aid məhkəmə qətnaməsində qeyd olunan köşk paltarlarını götürməmişdir. Eyni zamanda bildirir ki, qətnamədə göstərilən ünvanda yerləşən ona aid köşk paltarlarının standartlara uyğun olması üçün geriyə çəkərək tələb olunan məsafəni təmin etmişdir. Odur ki, o, özünə aid köşk paltarını hal-hazırda yerindən heç yerə götürmür. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki,Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-735/2020 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmədə müəyyən edildi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Səyyad Qafari xx.xx.2020-ci il tarixli məktub ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər X6, X9 və X4 tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün mülki işin Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şərh edilənləri, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubunu nəzərə alaraq, məhkəmə Şəxs əməlindəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-735/2019 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-735/2019 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-735/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-735/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver