Məhkəmə qərarları › İş №3(027)-735/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-735/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-735/2022 27.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Xaçmaz Ərazi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Xaçmaz Ərazi Şöbəsindən daxil olmuş MN N ******* nömrəli, 08 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, hüquqi şəxs Şəxs MMC Quba rayonu İİ Nügədi kəndi ərazisində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qazıntı və torpaq tökmə işləri aparmaqla təyinata uyğun olmadan başqa məqsədlər üçün istifadə etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi Şöbəsi tərəfindən "X7, Hospitality and Management" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi üzrə tərtib olunmuş protokol əsasında aparılan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil2 etirazında bildirmişdi ki, "X7, Hospitality and Management" MMC (Cəmiyyət) ünvan 1i ərazisində yerləşən və xüsusi mülkiyyətdə olan torpaq sahələrində 2016-cı ildən etibarən regionda turizm sektorunda fəaliyyətə başlamışdır. Bildiyiniz kimi ölkə başçısı turizm sahəsinin həm regionların inkişafı, həm də ölkəniin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün mühüm bir vasitə olduğunu vurğulamışdır. Ümumilikdə, turizm sektoru ölkəmiz üçün iqtisadiyyatın güclənməsi, bölgələrin inkişafı və Azərbaycanın bütün dünyaya tanınması baxımından səciyyəvidir. Odur ki, Cəmiyyət sözügedən sektorun ölkədə özəl və xarici investisiyalar cəlb edilməsi hesabına inkişafına üstünlük vermişdir. Cəmiyyət ilk növbədə ünvan 1i ərazi yerləşən, xüsusi mülkiyyətdə olan torpaq sahələrində istirahət, otel, restoran, sağlamlıq komplekslərinin tikintisini sifariş etmişdir. 2016-cı ildən başlayaraq Cəmiyyət mərhələ-mərhələ Azərbaycan Respublikasımda turizmin inkişafı istiqamətində fəalilyyətini genişləndirməkdədir. Regiona daha çox turist cəlb etmək məqsədilə Cəmiyyət fəaliyyətdə olan istirahət kompleksinə bitişik, dövlət mülkiyyətində olan torpaq sahələrindən səmərəli istifadənin təmin edilməsi məqsədilə ünvan 1i ərazisində yerləşən ***- *******2 Dövlət Reyestr nömrəli, ümumi sahəsi 148 600 kvadrat metr olan torpaq sahəsində yerləşən "Bulaqdərə su anbarı" adı ilə qeydiyyatda olan torpaq sahəsini "Dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan torpaq sahəsini, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə" Əmlak Məsələləri Dövlət Xidməti (Xidmət) ilə bağladığı xx.xx.2020- ci il tarixli 164/144 nömrəli Müqavilə əsasında icarəyə götürmüşdür. Sözügedən ərazidə Cəmiyyət tərəfindən adadlıq və quruculuq işlərinə başlamazdan əvvəl ərazi baxımsız, yolları keçilməz vəziyyətə idi. Əraziyə yalnız yay vaxtlarında səfər etmək mümkün olardı. Ərazi baxımsız olduğundan ərazidə və daxilində yerləşən su hövzəsinin ərazisi müntəzəm olaraq çirklənməyə məruz qalırdı.Hazırda ərazidə yerləşən və Cəmiyyətin istifadəsində olan istirahət kompleksi ölkə sakinlərinin və eyni zamanda xarici turistlərin ən çox səfər etdikləri məkana çevrilmişdir. Cəmiyyət tərəfindən ərazidə bütün infrastruktur yaradılmışdır, bütün kommunikasiya xətləri yenidən qurulmuşdur. Cəmiyyətin cəlb etdiyi özəl və xarici investisiya hesabına əraziyə aparan kənd yolu təmir edilmiş, yolaitı su ötürücüləri yenilənmişdir. Müasir işıqlandırma sistemləri qurulmuşdur.Regionda turizmin inkişafı istiqamətində Cəmiyyət dövlət tərəfindən yaradılmış imkanlardan istifadə edib. Bu istiqamətdə Cəmiyyətə ən vacib dəstək İqtisadiyyat Nazirliyi tərəfindən göstərilib. Nazirlik Cəmiyyətə sahə üzrə fəaliyyətində dövlət tərəfindən yaradılan güzəştlərdən yararlanmaq üçün təşviq sənədləri verilmişdir. Xaricidən gətirilən mal-materialların təşviq əsasında gömrükdən güzəştli şərtlərlə keçirilməsinə şərait yaradılmışdır. Cəmiyyətin xidmət sahələrinə tələb olunan sertifikatları, şəhadətnamələri əldə etmişdir və mütəmadi olaraq onların yenilənməsini həyata keçirir. Cəmiyyətin fəaliyyəti o cümlədən yerli sosial-iqtisadi layihələrin inkişafına, regionda məşğulluq səviyyəsinin yüksəlməsinə, işsizliyin azalmasına səbəb olmuşdur. Cəmiyyət tərəfindən 200-dən artıq daimi iş yerləri açılmışdır, bunlardan Vətən müharibəsi iştirakçılarıda (Qazilərə) xüsusi yer almışdılar. Cəmiyyətin fəaliyyəti eyni zamanda özünüməşğulluğun da artmasına səbəb olmuşdur. Quba qədim dövr və orta əsrlərə aid xalq sənəti nümunələri, çoxsaylı memarlıq yadigarları ilə sənətkarlığın çox dərin köklərə malik olması baxımından seçilir. Qubanın əl işləri sənətkarlarıda, xalçaçılarıda öz işlərini turistlərə təqdim edə bilirlər. Yaxın gələcəkdə Cəmiyyət ərazidə sənətkarlıq işləri nümunələri sahəsində kompleksin ərazisində yerli sənətkarlar üçün emalatxanaların yaradılmasını nəzərdə tutub. Bütün bunlar və bunlarla kifayətlənməyərək Cəmiyyətin hər bir işi ölkənin və regionun inkişafına, onun sakinlərinin firavan yaşamasına xidmət etməkdir. Cəmiyyətin quruculuq işindən ərazidə yaşayan yerli sakinlər, fəaliyyət göstərən sahibkarlar bəhrələnir.Qeyd edilənlər Cəmiyyətin ərazidəki quruculuq fəaliyyətinin çox az bir hissəsidir. Lakin bununla belə Cəmiyyətin sahikarlıq fəaliyyətinə, onun işgüzar nüfuzuna mənfi təsir göstərən hallar da mövcuddur. Belə ki, bir neçə ildir ki, Cəmiyyət ona qarşı məqsədli şəkildə məlum şəxslər tərəfindən yalan məlumatlar kütləvi informasiya vasitələrində, anonim məktublarla və sair yollarla dövlət qurumlarına göndərməklə Cəmiyyətin ərazidəki quruculuq fəaliyyətinə kölgə salmaqa çalışırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi Şöbəsi tərəfindən Quba Rayon Məhkəməsinə təqdim etdiyi sənədlərdən görünür ki, məhz belə yalan məlumatlar əsasında Xaçmaz Ərazi Şöbəsinin əməkdaşları tərəfindən 05 iyul 2022-ci il tarixli akt tərtib edilmiş və həmin aktda qeyd olunmuşdur ki, - Torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Quba rayonu İİ Nügədi kəndi ərazisində aparılan monitorinq zamanı, Cəmiyyətin xx.xx.2020 tarixli, 164/144 nömrəli icarə müqaviləsinə əsasən istifadəsində (icarəsində) olan 14.86 ha. (ondan 8.55 ha sututar hissə, 6.31 quru hissəsi) sahənin quru hissəsində, tikinti işlərinin aparılması məqsədilə torpağın daşınması faktı aşkar olundu. Nəticədə müəyyən edildi ki, Cəmiyyətin nümayəndələri sözügedən torpaq sahəsini qanunvericiliyinin tələblərini pozaraq istifadə edir. Bununla bağlı Cəmiyyətin nümayəndələrinə xəbərdarlıq olundu və qanunvericiliyin tələbləri izah edilərək müvafiq tədbir görüləcəyi bildirildi.Xaçmaz Ərazi Şöbəsinin əməkdaşı X2 tərəfindən tərtib edilmiş 08 iyul 2022-ci il tarixli, MN ******* nömrəli "İnzibati xəta haqqında" protokoldan isə görünür ki, X1 Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 05 iyul 2022-ci il tarixli akta əsaslanaraq, Cəmiyyət barəsində "İnzibati xəta haqqında" həmin protokolu tərtib etmiş və protokolda qeyd etmişdir ki, - Cəmiyyətin Quba rayon İİ Nügədi kənd ərazisində icarəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qazıntı və torpaq tökmə işləri aparmaqla təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.Bununla bağlı bildiririk ki, əvvəla, Xaçmaz Ərazi Şöbəsi tərəfindən monitorinq apararkən qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur.Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsində qeyd olunub ki, - Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.Həmin Qanunun 3.2-ci maddəsində isə qeyd olunub ki, - Bu Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun tətbiq dairəsini müəyyən edən 2.1-ci maddəsinə isə qeyd olunub ki, - Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə görə yoxlayıcı sahibkarlıq subyektində ( yoxlama apararkən bu barədə müvafiq qərar qəbul etməli, həmin qərarı yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmalı və yoxlama apararkən həmin qərarın surətini və qərarın yoxlamaların vahid məlumat reyestrində qeydə alındığını təsdiq edən çıxarışı sahibkara təqdim etməlidir. Bu qaydalar yoxlayıcı tərəfindən aparılan monitoringlərə də şamil edilir. Yoxlayıcı tərəfindən müvafiq qərar qəbul edilmədən, həmçinin qəbul edildiyi halda həmin qərar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. Yəni, həmin yoxlama zamanı sahibkarlıq subyektində hətta hər hansı bir qanun pozuntusu aşkar edildikdə belə, bu barədə heç bir məsuliyyət tədbiri tətbiq oluna bilməz.Xaçmaz Ərazi Şöbəsi tərəfindən isə müvafiq yoxlama aparılarkən bu barədə heç bir qərar qəbul edilməmiş, Cəmiyyətə həmin yoxlamaya dair qərarın yoxlamaların vahid məlumat reyestrində qeydə alındığına dair çıxarış təqdim olunmamışdır. Təkcə bu fakt Xaçmaz Ərazi Şöbəsi tərəfindən tərtib edilmiş məlum "İnzibati xəta haqqında" protokolun tamamilə qanunsuz və əsassız olduğunu göstərir.Bundan başqa, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən - Yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır.Cəmiyyətdə yoxlama plandankənar (növbədənkənar) aparılıb. Qeyd olunan Qanunun 16.1.3-cü maddəsinə əsasən plandankənar yoxlama, bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, aparıla bilər. Həmin Qanunun 16.7-ci maddəsi isə tələb edir ki - Bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır:16.7.1 müraciət edən şəxsin əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu;16.7.2 eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması;16.7.3 daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi• 16.7.4 yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. Həmin Qanunun 16.8-ci maddəsində isə qeyd olunub ki - Bu Qanunun 16.7-ci maddəsində göstərilən :-illərin təhlili nəticəsində yoxlayıcı orqan insanların həyat və ya sağlamlığına, ətraf mühitə, dövlətin smlak maraqlarına birbaşa və mühüm təhlükənin olmadığı və ya mühüm zərərin vurulmadığı barədə qənaətə gəldikdə, bu Qanunun 16.1.3-cü maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün yetərli əsasların olmadığı barədə qərar qəbul edir.Həmin Qanunun 16.9-cu maddəsinə görə isə - Anonim müraciətlər (məlumatlar) əsasında bu Qanunun 16.1.3-cü maddəsinə istinad etməklə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz.Lakin Xaçmaz Ərazi Şöbəsi Cəmiyyətdə yoxlama (monitorinq) apararkən qanunun həmin tələblərinə də əməl etməmişdir. Belə ki, Cəmiyyət tərəfindən hər hansı qanunsuzluğa yol verildiynə dair hər hansı hüqiqi və ya fiziki şəxs tərəfindən müraciətin olub-olmaması, əgər belə bir müraciət vardırsa, həmin müraciətin Qanunun 16.7-ci maddəsinin tələblərinə cavab verib-vermədiyi müəyyən edilməmiş və Xaçmaz Ərazi Şöbəsinin tərtib etdiyi sənədlərdə (aktlarda və protokolda) bu barədə heç nə qeyd olunmamışdır.Bundan başqa, Xaçmaz Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt və protokollarda qeyd olunub ki, Cəmiyyət onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 247,-ci maddəsinin tələblərini pozmuşdur. Xaçmaz Ərazi Şöbəsi bu barədə mövqeyini onunla izah etmişdir ki, icarəyə verilən həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və "X7, Hospitality and Management" MMC həmin torpaq sahəsi üzərində qazıntı və torpaq tökmə işləri aparmaqla təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edir.Bununla bağlı bildiririk ki, Cəmiyyətin icarəsinə verilmiş həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı deyildir. Nə icarə müqaviləsində nə də digər hüquqi sənədlərdə həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğuna dair heç bir qeyd aparılmamışdır. Əksinə, torpaq sahəsinin təyinatını müəyyən edən icarə müqaviləsinin 1.2-ci bəndində həmin torpaq sahəsinin "İstirahət mərkəzinin tikintisi üçün" verildiyi qeyd olunmuşdur. İcarə müqaviləsinin həmin bəndindən göründüyü kimi, qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmamaqla yanaşı, həm də onun üzərində müvafiq tikinti işlərinin aparılmasına da icazə verilmişdir. Belə olan halda, Xaçmaz Ərazi Şöbəsinin həmin torpaq sahəsini kənd təsərrüfatı təyinatlı hesab etməsi, həmçinin təyinatı üzrə istifadə olunmadığını qeyd etməsi tamamilə absurddur.Bundan başqa, Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov tərəfindən Cəmiyyətə göndərilən 15 iyul 2022-ci il tarixli, **********55 saylı məktubda qeyd olunub ki, icarə müqaviləsinin 5.2-ci bəndinə görə icarəçi icarəyə götürülmüş torpaq sahəsi üzərində mövcud tikinti norma və qaydalarına uyğun olaraq təyinatı üzrə səmərəli fəaliyyət göstərmək üçün tikinti işlərinin aparılmasını və avadanlıqların quraşdırılmasını yalnız icarəyəverənin yazılı razılığı ilə həyata keçirə bilər. Lakin icarənizdə olan torpaq sahəsində, bağlanılmış icarə müqaviləsinin tələbləri pozulmaqla, tərəfinizdən tikinti quraşdırma işlərinin aparılması faktları aşkarlanmışdır və bu hal "Torpaq icarəsi haqqında" Qanuna, Torpaq Məcəlləsinə və digər normativ aktlara ziddir.Bununla əlaqədar bir daha təkrar edirik ki, əvvəla, qeyd olunan icarə müqaviləsinin 1 2-ci bəndindən göründüyü kimi, həmin torpaq sahəsi Cəmiyyətə məhz istirahət mərkəzinin tikintisi məqsədi üçün ayrılmışdır. Buna görə də həmin torpaq sahəsi üzərində tikinti işlərinin aparılması üçün əlavə icazə alınmas, tələb oluna bilməz. İcarə müqaviləsinin 5.2-cl bəndində isə tikinti işlərinin aparılması üçün icarəyə verən təşkilatdan icazə alınmas, deyil, tikinti işlərinin tikinti norma və qaydalarına uyğun qaydada aparılması nəzərdə tutulur. İcarə müqaviləsinin 5.2-cl bəndi həmin torpaq sahəsinin yalnız başqa hüquqi və fiziki şəxslərə icarəyə veriliyi, yaxud ipotekaya qoyulduğu halda icarəyə verən təşkilatdan müvafiq icazə alımasını tələb edir. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti ilə Cəmiyyət arasında imzalanmış xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında Cəmiyyətə icarəyə verilmiş torpaq sahəsinin təqribən 0,88 ha hissəsi, Xidmətə də məlum olan şəxslər tərəfindən, zəbt edilib və ərazidə iri miqyaslı tikinti işləri aparılmaqdadır. Lakin həmin şəxslərə qarşı Xidmət tərəfindən heç bir tədbir görülmür. Cəmiyyət icarəsində olan torpaq sahəsinin zəbt olunmuş hissəsi ilə bağlı Xidmətə dəfələrlə müraciət edib və müvafiq tədbirlər görülməsini tələb edib. Buna baxmayaraq Xidmət tətəfındən bu ra-ədə icarəyə götürənin xeyirinə heç bir hərəkət edilməyib. Əksinə, Cəmiyyətin icarəsinə verilmiş sözügedən "Bulaqdərə su anbarının" torpaq sahəsinin təqribən 0,12 ha olan digər hissəsi də məhz həmin ərazinin 0,88 ha hissəsinin zəbt edən şəxslərə, qanunsuz olaraq satılmış və Dövlət torpağları «ateqoriyasından çıxarılmışdır. Cəmiyyət onun qanuni istifadəsində olan torpaq sahəsinin zəbt olunmuş 2 88 ha hissəsi ilə bağlı yerli və apellyasiya məhkəmələrində iddia ilə çıxış etmiş və iddiaları təmin ecilmişdir. Hazırda Cəmiyyətin iddiası əsasında, yerli məhkəmənin qərarı ilə Cəmiyyətin istifadəsində olan torpaq sahəsində aparılan qanunsuz tikililərin dayandırılmasına nail olunub. Həmin qanunsuz tkililərin sökülməsi ilə bağlı məhkəmə işi hazırda davam edir. Xidmət tərəfindən Cəmiyyətə qarşı tərtib edilmiş əsassız protokolla bağlı bir məqamı da nəzərinizə çatdırmağı vacib sayırıq ki, Cəmiyyət icarəyə götürdüyü torpaq sahəsi üzərində heç bir tikinti işləri aparmamışdır və hazırda da aparmır. Aparılan tikinti işləri Cəmiyyətin öz mülkiyyətində olan torpaq sahəsi üzərindədir. İnzibati xəta protokolunda qeyd olunan ərazi Xidmətlə Cəmiyyət arasında bağlanılmış müqavilə əsasında Cəmiyyətin icarəsinə verilmiş əraziyə aid deyildir. Cəmiyyət tərəfindən bənd bərkitmə və digər abadlıq işləri Cəmiyyətin istirahət kompleksi yerləşən və xüsusi mülkiyyətdə olan torpaq sahələrində aparılır. Tikinti işləri aparılan torpaq sahəsinin xüsusi mülkiyyətdə olduğuna dair müvafiq dövlət reyestrindən Çıxarış var. İcarəyə götürülmüş torpaq sahəsində isə Cəmiyyət yalnız abadlıq və bərpa işlərini aparır. Bu sahədə indiyədək ekoloji baxımdan xeyli faydalı işlər görülmüşdür. Belə ki, ötən əsrin 70-ci illərində yaradılmış həmin su hövzəsi son illərdə axar su mənbəyi olmadığından suyun səviyyəsinin azalması tendensiyası müşahidə edilirdi. Bunun qarşısının alınması məqsədi ilə, Cəmiyyət tərəfindən təxirəsalınmaz tədbirlər nəticəsində özəl investisiya hesabına yaxınlıqdakı su mənbələrindən mexaniki su xətti çəkilərək müntəzəm şəkildə gölün suyunun səviyyəsi artmağa başlanılmış və əvvəlki illərlə müqayisədə suyun səviyyəsi bərpa olunmuşdur. Həmçinin təbiətin ahəngini və vizual gözəlliyini pozmadan göl ətrafı piyada səkilərinin qurulması və gölə aparan avtomobil yollarının bərpası Cəmiyyət tərəfindən həyata keçirilmişdir. Gölətrafı gəzinti yollarada ekoloji baxımdan təmiz olan elektromobillərdən istifadə olunur. Ümumiyyətlə "Macara otel kompleksi" nin tikilməsi və otelə aid infrastrukturun yaradılması işləri aparılarkən ərazinin relyefinə ciddi həssaslıqla yanaşılmışdır. Hətta ərazilərin daha da yaşıllaşdırılması istiqamətində xeyli işlər görülmüş və ərazidə çoxlu sayda ağacların əkilməsi həyata keçirilmişdir. Cəmiyyət tərəfindən İstirahət kompleksinin ərazisində xüsusi təmizləyici avadanlıq qurulmuşdur ki, bu da İstirahət kompleksi ərazində yerləşən otel, restoran və s. obyektlərdə istifadə olunan tullantı suların həmin avadanlıq vasitəsilə təmizlənib yenidən istifadəyə yararlı vəziyyətə gətirir. İstirahət kompleksinin ərazisində yerləşən məişət tullantı sahələri, "şambolar"lar, tüstü sobaları mütəmadi olaraq aidiyyəti xidmətlər tərəfindən təmizlənir, daşınır və nəzarət olunur. Çox təəssüf hissi ilə qeyd etməliyik ki, Cəmiyyətin ölkənin və regionun inkişafına yönəlmiş olan fəaliyyəti dövlət torpağını zəbt edən bir qrup şəxsin himayəsində olan "media" əməkdaşları kimi özlərini tanıdan "Kamran Səxavət" kimilərin və digər informasiya vasitələri ilə yayılan yalan, böhtan yazıları əsasında müavfiq dövlət qurumları tərəfindən Cəmiyyətə qarşı əsassız yoxlamalar təşkil olunur və əsassız protokol və aktlar tərtib olunur. Belə hallar Cəmiyyətin sahikarlıq fəaliyyətinə, onun işgüzar nüfuzuna mənfi təsir söstərir və bu cur hallar xariçi investorların Cəmiyyətlə əməkdaşlıqdan çəkinmələrinə və bu da öz növbəsində reeionun inkişafında müəyyən ləngimələrə səbəb ola bilər.Cəmiyyət qeyd olunan su hövzəsinin biomüxtəlifliyin konservasiyası üçün digər bir məsuliyyəti də öz üzərinə götürmüşdür. Cəmiyyət tərəfindən il ərzində 3-4 dəfə xüsusi balıqyetişdirmə məntəqələrindən müxtəlif balıq növləri gətirilib gölə buraxılır və yetişdirilməsi təmin edilir.Yuxarıda qeyd olunan bu və digər faktlar Xaçmaz Ərazi Şöbəsinin və Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun icarəyə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə dair mövqeyinin və cəmiyyət barəsində tərtib olunan aktların və inzibati xəta protokolunun tamamilə qanunsuz, əsassız və qərəzli olduğunu təsdiq edir.İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsində qeyd olunub ki, - Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır.Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən - Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.Bununla bağlı bildiririk ki, qeyd olunan inzibati xəta protokolunun tərtib olunmasından Cəmiyyətin nümayəndəsinin ümumiyyətlə məlumatı olmamış, protokol tərtib olunarkən nümayəndənin iştirakı təmin olunmamışdır. Buna baxmayaraq, Xaçmaz Ərazi Şöbəsi tərtib etdiyi inzibati xəta protokoluna guya Cəmiyyətin nümayəndəsinin həmin protokolun tərtibi zamanı iştirak etdiyinə və bu əməlin inzibati xəta olduğunu bilmədiyi barədə izah verdiyinə dair yalan məlumatlar daxil etmiş və guya nümayəndənin həmin protokolu imzalamaqdan imtina etdiyinə dair eyni tarixli saxta AKT tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi Şöbəsi tərəfindən "X7, Hospitality and Management" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi üzrə tərtib olunmuş protokol əsasında aparılan inzibati xəta haqqında işin icraatına xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatlına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğdə, vəzifəli şəxslər altı yüz manat məbləğdə, hüquqi şəxslər üç min manat məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğdə, vəzifəli şəxslər min manat məbləğdə, hüquqi şəxslər beş min manat məbləğdə cərimə edilir. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 247.2-ci maddəsi ilə başlanmış 3(027)-735/2022 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 13.4915 ha su fondu torpaqları icarə əsasında xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şəxs MMC-nin adına qeydə alınmışdır. İş materialında olan Dövlət müəssisə, idarə və təşkilatlarınnın istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdilmiş torpaq sasinin icarəyə verilməsi barədə 164/144 nömrəli, 25 dekabr 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 14.8600.00 kv.m torpaq sahəsi istirahət mərkəzinin tikintisi üçünxx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şəxs MMC-nin icarəsinə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Xaçmaz Ərazi Şöbəsinin baş müfəttişi X3 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş MN N ******* nömrəli, 08 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolda Şəxs MMCnin Quba rayonu İİ Nügədi kəndi ərazisində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qazıntı və torpaq tökmə işləri aparmaqla təyinata uyğun olmadan başqa məqsədlər üçün istifadə etdiyi qeyd olunaraq, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanın törədilməsi bildirilmişdir. Lakin iş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən müəyyən edilmişdir ki, Şəxs MMC-nin adına icarə əsasında qeydə alınmış Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 13.4915 ha torpaq sahəsi, su fondu torpaqlarına aiddir və bundan başqa iş materialında olan Dövlət müəssisə, idarə və təşkilatlarınnın istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikintisi layihələşdilmiş torpaq sasinin icarəyə verilməsi barədə 164/144 nömrəli, 25 dekabr 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 14.8600.00 kv.m torpaq sahəsi istirahət mərkəzinin tikintisi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şəxs MMC-nin icarəsinə verilmişdir. Şərh edilənləri, nəzərə alaraq, məhkəmə hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə başlanmış 3(027)-735/2022 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,

105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Qəraraaldı:

Hüquqi şəxs Şəxs MMC barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 247.2-ci maddəsi ilə başlanmış 3(027)-735/2022 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar