Məhkəmə qərarları › İş №3(027)-737/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-737/2024

13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-737/2024 13.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Babayev Aydın Vahid oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixində Quba şəhər, 32/33-cü məhəllədə X1 məxsus “Ford” tranzit markalı avtomaşından 50 manat dəyərində şirniyyat oğurlamışdır. xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixində Quba şəhəri, Heydər Əliyev prospektində Zərərçəkmiş şəxs məxsus “Vaz-2107” markalı avtomaşından 200 manat pul oğurlamışdır. xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixində Quba şəhər, SMU-12 ünvanında yaşayan X2 məxsus **-FA-*** nömrəli “Qazel” markalı avtomaşından 30 manat pul oğurlamışdır. Qeyd olunan materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ-i tərəfindən baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsilə daxil olmuş protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün inzibati işlər bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə daxil olmuş xx.xx.2024-cü il tarixli MN seriyalı 1603620, ******* və ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-736/2024, 3(027)-737/2024 və 3(027)-738/2024 nömrəli inzibati işlər bir icraatda sonuncu nömrə 3(027)-738/2024 nömrə altında birləşdirilsin. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar