Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-740/2021 15.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs 17.07.2021-ci il tarixində saat 15:00 radələrində Quba rayonu Çiçi kəndi ərazisində icarədə olan açıq torpaq sahəsindən vətəndaş Zərərçəkmiş şəxs məxsus- 4(dörd) ədəd dəmir toru, 30 (otuz) ədəd dəmir borunu oğurlamşdır. Şəxs 22.07.2021-ci il tarixində Quba şəhəri Dəvədabanı yaşayış massivində gesə saatlarında X1 məxsus evdən 2(iki) ədəd su motorunu, 1 (bir) ədəd baltanı, 10 (on) metr elektrik naqilini oğurlamşdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ-i tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair ilə 17.07.2021-ci il və 22.07.2021-ci il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-740/2021 nömrəli iş bir icraatda 3(027)-741/2021 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair ilə 17.07.2021-ci il və 22.07.2021-ci il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması ücün 3(027)-740/2021 nömrəli iş bir icraatda 3(027)-741/2021 nömrə ilə birləşdirilsin. Hakim:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-740/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-740/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver