Məhkəmə qərarları › İş №3(027)-742/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-742/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-742/2020 20.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Zərərçəkmiş şəxslər X4 və və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Quba rayonu, Hacıqayıb kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Quba rayonu, Hacıqayıb kəndində qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx xxxx 2020-ci il tarixdə gecə saatlarında Quba rayonunun Hacıqayıb kəndində yaşadıqları evdə atası X2, xx xxxx 2020-ci il tarixdə gecə saatlarında Quba rayonunun Hacıqayıb kəndində yaşadıqları evdə həyat yoldaşı X3öymüşdür. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Əhmədov Əhməd tərəfindən Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* və MN ******* nömrəli protokollar tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o spirtli içki aludəçisidir. xx xxxx 2020-ci il tarixdə gecə saatlarında Quba rayonunun Hacıqayıb kəndində yaşadıqları evdə atası X4 ilə aralarında özünün çox spirtli içki içməsi üstündə mübahisə yaranmışdır. Mübahisə zamanı o, atasını yumruqla sol gözündən vurmuşdur. Atası onu vurmamış, xəsarət yetirməmişdir. xx xxxx 2020-ci il tarixdə gecə saatlarında Quba rayonunun Hacıqayıb kəndində yaşadıqları evdə həyat yoldaşı X5 ilə aralarında özünün çox spirtli içki içməsi üstündə mübahisə yaranmışdır. O, da əsəbləşib onun sağ qolundan yumruq zərbəsi ilə vurmuş, sonra isə yaxasından tutmuş, lakin onu boğmamışdır. Uşaqları azyaşlı olduqlarına görə onları vurmamış və onlara xəsarət yetirməmişdir. Hazırda əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzbati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirdi ki, Şəxs onun oğludur. xx xxxx 2020-ci il tarixdə gecə saatlarında Quba rayonunun Hacıqayıb kəndində yaşadıqları evdə Yalçınla aralarında onun çox spirtli içki içməsi üstündə mübahisə yaranmışdır. Mübahisə zamanı Yalçın yumruqla onun sağ qolundan vurub, sol gözündən vurmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tənbeh tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, Şəxs onun həyat yoldaşıdır. xx xxxx 2020-ci il tarixdə gecə saatlarında Quba rayonunun Hacıqayıb kəndində yaşadıqları evdə Yalçınla aralarında onun çox spirtli içki içməsi üstündə mübahisə yaranmışdır. Mübahisə zamanı Yalçın yumruqla onun sağ qolundan vurub, əlləri ilə onu boğmağa başlamışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tənbeh tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Əhmədov Əhməd göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. İş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)- 742/2020 və 3(027)-743/2020 saylı işlər bir icraatda 3(027)-742/2020 nömrə ilə birləşdirilmişdir. İş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin, yəni döymə inzibati xətasının tərkibi vardır. Ona görə də Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Niftəli Əspəndiyevin barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o zərərəkmiş şəxslərlə barışmışdır və barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslərlə barışdığını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, yuxarıda göstərilən qanun normalarına əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar