Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-742/2021 15.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1999-cü il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (X4 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs 13 sentyabr 2021-ci il tarixdə Quba rayonunun Qırmızı qəsəbə ərazisində üzərinə baxış keçirilən zaman nəqliyyat vasitəsindən təmiz çəkisi 0,580 qram olan narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar edilmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində 15 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN 11357712 nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, narkotik vasitə sayılan qurudulmuş marixuananı13.09.2021-ci il tarixdə saat 09:30 radələrində Quba şəhərinin köhnə avtovağzal adlanan ərazidə yerləşən piyada keçidinin yanından tapdığını bildirmişdir. Şəxs narkotik vasitədən sonuncu dəfə təxminən 6 ay əvvəl istifadə etdiyini bildirmişdir. Həmin kibrit qutusunun içərisinə baxdığı vaxt onun içərisində ağ kağıza bükülmüş nartotik vasitə olan marixuanaya bənzər kütlə olduğunu görmüş, həmin narkotik vasitəni istifadə etmək üçün özü ilə götürərək həmin vaxtı idarə etdiyi, lakin rəsmi atasına məxsus olan ** DC *** dövlət nömrə nişanlı “Niva” markalı maşınının kül qabına qoymuşdur. Həmin narkotik vasitəni buradan götürməkdə və maşınında saxlamaqda məqsədi həmin narkotik vasitəni istifadə etmək olmuşdur. Daha sonra buradan uzaqlaşaraq yaşadığı Quba rayonu 2-ci Nügədi kəndinə getmiş, təxminən 20 dəqiqə sonra Quba şəhərinə geri qayıtmışdır. Quba rayonunun Amsar kəndinin girişindən tanıdığı X1 avtomaşınına götürmüş, Quba şəhərinə Ruhinlə birlikdə gəlmişdir. Ruhin Əliməmmədov həmin vaxtı Quba şəhərinə mağazaya gəldiyini qeyd etmiş, Ruhinlə birlikdə Quba şəhəri Qırmızı qəsəbə ərazisində olan mağazaya daxil olduğunu, oradan yemək qabı və siqaret aldıqdan sonra öz maşınına Ruhinlə birlikdə əyləşmişdir. Mağazadan təxminən 50 metr yol getdikdə polis əməkdaşları ona yaxınlaşaraq onun idarə etdiyi maşını saxlamış, özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitəni qanunsuz saxlamasında şübhəli bilindiyi üçün saxlanıldığı deyilib və onu çıxarıb təqdim etməsi bildirilmişdir. Bu zaman o, üzərində bir ədəd “Redmi” markalı mobil telefon və 20 (iyirmi) manat pul əskinazı çıxararaq təqdim etmiş, idarə etdiyi nəqliyyat vasitəsində bir ədəd kibrit qutusunda ağ kağıza bükülü halda yaşıl rəngli narkotik vasitəyə oxşar kütləni çıxarıb avtomobilin üzərinə qoymuşdur. Bundan sonra həmin bükülü onun iştirakı ilə açılıb baxıldıqda bükülünün içində yaşıl rəngli kütlə aşkar olunmuşdur. Bu barədə ondan soruşulduqda bükülünün içində olan kütlənin narkotik vasitə sayılan marixuana olduğunu və onu 13.09.2021-ci il tarixdə Quba şəhərinin köhnə avtovağzal adlanan ərazidə yerləşən piyada keçidinin yanından tapdığını bildirmişdir. Bundan sonra həmin bükülü onun iştirakı ilə elektron tərzidə çəkilmiş, kütlənin ümumi çəkisi 2.1 qram olmuşdur. Həmin kütlə onun iştirakı ilə kağız zərfdə qablaşdırılıb götürülmüş və o, RPŞ-nə dəvət olunub gətirilmişdir. Polis şöbəsində bu barədə protokol tərtib olunmuş və o, da həmin protokolun doğruluğunu imzalamışdır. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs 13 sentyabr 2021-ci il tarixdə Quba rayonunun Qırmızı qəsəbə ərazisində üzərinə baxış keçirilən zaman nəqliyyat vasitəsindən təmiz çəkisi 0,580 qram olan narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar edilmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, 01 ədəd zərfdə olan 0,580 qram narkotik vasitə sayılan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin Təchizat Xidmətinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli, 7/930 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 57 dairəvi möhür əksi olan ” . Şəxs imza......” yazı və imzalar olan zərfdə bir ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,580 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən "kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan müayinə raporlarından görünür ki, Şəxs sol tərəfli pnevmotoraks, qaraciyər ölçülərində böyümə, hepatosteatoz, prostat vəzi ölüçlərində böyümə müşahidə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut olan və Quba rayon Polis şöbəsində saxlanılan 01 ədəd zərfdə 0,580 qram olan narkotik vasitə sayılan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-742/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-742/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver