Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-744/2022 01.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şəxs ASC-nin direktoru X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankından Şəxs ASC barəsində daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Quba Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankından Şəxs ASC barəsində xx.xx.2022-ci il tarixli EP N ******* saylı inzibati xəta haqqında protokol daxıl olmuşdur İnzibati xəta haqqında protokola əsasən Şəxs ASC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 01-26-2- 2002-8123 saylı məktubu ilə tələb edilən sənədləri (Səhmdarların reyestrinin, 2019-cu və 2020-ci illərin yekunlarına görə keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətləri) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmədə Şəxs ASC-nin direktoru X3 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Quba rayonu, Qəçrəş kəndində yerləşən Şəxs Açıq Səhmdar Cəmiyyətinin ünvanına Mərkzəi Bank tərəfindən göndərilmiş məktub daxil olmuşdur. Həmin məktuba (zərfə) baxış keçirdikdə məlum olmuşdur ki, X6 Rayon Məhkəməsinə müraciət etmişdir.Mərkəzi Bank tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, EP №0030902 saylı inzibati xəta haqqında protokol tamamilə əsassız və qanunsuzdur və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir.Belə ki, inzibati xəta haqqında protokolda qeyd edilir ki, “Qəçrəş" ASC Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 01-26-2-2022-8123 saylı məktubu ilə tələb edilən sənədləri (Səhmdarlarının reyestrinin, 2019-cu və 2020-ci illərin yekunlarına görə keçirilən səhmdarlarının ümumi yığıncaqlarının protokollarının sürətləri) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.“Qəçrəş" ASC-nin ünvanına Mərkəzi Bankının və səhmdar Nəsib Məmmədovun heç bir müraciəti daxil olmamışdır. Əgər hər hansı bir müraciət daxil olsaydı Cəmiyyət tərəfindən müraciət cavablandırılardı. Qeyd etmək istəyirəm ki, 2019-cu ildə keçirilmiş səhmdarların ümumi yığıncağı barədə səhmdar Nəsib Məmmədova məlumat verilmişdir. 2020-ci ildə isə COVİD-19 pandemiyası səbəbindən ümumi yığıncaq keçirilməmişdir.Bundan başqa inzibati materailın siyahısına EXSPRES-in poçt qəbzi əlavə edilmişdir. Bu qəbzlə sübut edilir ki, guya "xxxx" ASC tərəfindən göndərilmiş məktub alınmışdr. Bildirmək istəyir ki, Şəxs ASC-nin fəaliyyəti xx.xx.2019-cu il tarixindən dayandırılmışdır və hazırda heç bir fəaliyyət göstərmir və “Abbasov" soyadında işçisi yoxdur və ümumiyyətlə olmayıb. Kənd üzrə poçt daaşımasınabaxan şəxsdə nümayəndəmin telefonu vardır. Şəxs ASC-nin 1 nəfər nümayəndəsi vardır və onun soyadı X2r.xx.xx.2022-ci il tarixində Şəxs ASC Mərkəzi Banka müraciət edərək Qəçrəş” ASC-nin barəsində qəbul edilmiş inzibati tənbeh növünü ləğv edərək Quba Rayon Məhkəməsinə göndərilmiş inzibati xəta haqqında protokolu geri götürülməsini xahiş etmişdir. Lakin, müraciətə heç bir cavab verilməmişdir. “Qəçrəş" ASC -nin inzibati xəta haqqında işə baxarkən işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında onları xəbərdar etməmiş və işə baxılmasında Şəxs ASC-nin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Qeyd edilən bildiriş məktubu Şəxs ASC-yə daxil olmamışdı. Əgər belə bildiirş daxil olsaydı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi istənilən məlumatı təqdim etmək hüququndan istifadə edərdilər. Göstərilənləri nəzərə almağı və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməlləri düzgün olaraq İXM-nin 548.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ASC-nə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs ASC-nə istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. Şəxs ASC-nin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs ASC-nə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati qaydada cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2, 31, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs ASC Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-744/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-744/2022
01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver