Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-749/2021 27.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, X3, onun müdafiəçisi X5 iştirakı ilə, Quba rayon X7 Polis Bölməsi tərəfindən tərtib edilmiş 01 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ X2 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Quba RPŞ-nin Qonaqkənd PB-nin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş 01 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında Quba RPŞ-nin x/ü rəis müavini X9 tərəfindən 01 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə olunmağı barədə MN ******* saylı qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,o, Quba rayonu, Qırız Dəhnə kəndində yaşayır. Vəzifəli şəxs deyildir, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və onun adına Quba rayonu,Qırız Dəhnə kəndində “Qırız dağları” adında və ya hər hansı adda kommersiya binası yoxdur. 01 sentyabr 2021-ci il tarixdə Quba RPŞ-nin Qonaqkənd PB-nin polis sahə rəisi X6 onun barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, guya onun 29 avqust 2021-ci il tarixdə Quba rayonu, Qırız Dəhnə kəndində yerləşən özünə məxsus olan “Qırız dağları” restoranında icaze.gov.az saytında qeydiyyatdan keçmədən toy məclisi keçirilməsinə şərait yaratdığını bildirməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini qeyd etmişdir. Həmin protokol əsasında isə Quba RPŞ-nin x/ü rəis müavini X9 tərəfindən 01 sentyabr 2021-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, xüsusi karantin rejimi qaydalarını pozaraq toy mərasiminin keçirilməsinə şərait yaradılması əsası ilə 4000 manat məbləğində cərimə olunmağı qərara alınmışdır. O, qeyd edilən protokol və həmin protokol əsasında qəbul edilmiş qərarla razılaşmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi maddənin məzmununda da açıq şəkildə yazılıb ki, vəzifəli şəxslər 4000 manat məbləğində cərimə edilə bilər. Quba rayon Polis Şöbəsinin əməkdaşlarının heç bir araşdırma aparmadan onu vəzifəli şəxs kimi 4000 manat məbləğində cərimə etmələri qanusuzdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində isə göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. O, bir daha qeyd etmişdir ki, Quba rayonu, Qırız Dəhnə kəndində yaşayır. Lakin onun “Qırız Dağları” adlı restoranın vəzifəli şəxsi olmağı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı tamamilə əsassızdır. Qeyd etdiyi halı şikayətinə əlavə etdiyi Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 09 sentyabr 2021-ci il tarixli sorğuma cavab məktubu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı ərazi Vergilər İdarəsinin “Uçota dair arayışı” da təsdiq edir. Belə ki, həmin sənədlər əsasında müəyyən olunur ki, onun sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 07 yanvar 2019-cu il tarixdən 07 yanvar 2024-cü il tarixədək dayandırılmışdır, hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir, eyni zamanda 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən ona məxsus Quba rayonu, Qırız Dəhnə kəndində yerləşən kommersiya binasına (restoran) dair sənədlər aşkar edilməmişdir. Yuxarıda qeyd etdiyi hallar bir daha onu təsdiq edir ki, o, vəzifəli şəxs deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və onun adına Quba Rayonu, Qırız Dəhnə kəndində hər hansı kommersiya binası yoxdur. Məntiqlə belə bir halda onun vəzifəli şəxs kimi karantin qaydalarını pozmağı və məlumatları “icaze.e-gov.az portalına daxil etməyi də mümkün ola bilməz. Beləliklə, Quba RPŞ-nin x/ü rəis müavini X9 tərəfindən 01 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuzdur. Ona görə də, həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən şəxs X8 və onun müdafiəçisi X11 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba rayon X7 Polis Bölməsi tərəfindən tərtib edilmiş 01 sentyabr 2021-ci il tarixli, MN MN ******* nömrəli inzibati xəta haqqında qərardan X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X8 barəsində Quba rayon X7 Polis Bölməsi tərəfindən tərtib edilmiş 01 sentyabr 2021-ci il tarixli, MN MN ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilərək, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və 01 sentyabr 2021-ci il tarixli, MN MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X8 29 avqust 2021-ci il tarixində Quba rayonunun Qırız Dəhnə kəndində yerləşən özünə məxsus olan “Qırı dağları” restoranında icaze.gov.az saytında qeydiyyatdan keçmədən toy məclisi keçirilməsinə şərait yaratmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 09 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, axiv sənədlərinə əsasən X4 məxsus Quba rayonunun Qırız Dəhnə kəndində yerləşən kommersiya binasına (restoranına) dair sənədlər aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 09 sentyabr 2021-ci il tarixli uçota dair arayışından görünür ki, X1 və ya digər vergi tutulan əməliyyatları 07.01.2019-cu il tarixdən 07.01.2024-cü il tarixədək dayandırılmışdır. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2021-ci il tarixli, 177 nömrəli qərarının 2.5-3-cü bəndinə əsasən “şənlik mərasimləri“ İctimai iaşə müəssisələrində koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir; 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur; 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVİD-19-a qarşı tam peyvənd olmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur; şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 rayonu, Qırız Dəhnə kəndi ərazisində yerləşən “Qırız Dağları” restoranının sahibi deyildir və ya etibarnamə əsasında icarəyə götürməmişdir. O, vəzifəli şəxs deyil, fiziki şəxsdir. Belə olan halda, Quba RPŞ-nin Qonaqkənd PB-nin polis sahə rəisi X6 tərəfindən onun barəsində MN ******* nömrəli protokol tərtib edərkən yuxarıda qeyd edilən hallar araşdırılmamış və X8 fiziki şəxs kimi deyil, vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1-ci maddə). Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2-ci maddə). Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3-cü maddə). İnzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4-cü maddə). tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5-ci maddə). Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Quba rayon X7 Polis Bölməsi tərəfindən tərtib edilmiş 01 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X8 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X8 barəsində Quba rayon X7 Polis Bölməsi tərəfindən tərtib edilmiş 01 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilərək, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon X7 Polis Bölməsi tərəfindən tərtib edilmiş 01 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X8 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X8 barəsində Quba rayon X7 Polis Bölməsi tərəfindən tərtib edilmiş 01 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilsin. X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-749/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-749/2021
27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver