Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-75/2021 19.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1988-ci ildə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx xxxxxx 2020-ci il tarixli Quba rayonu, İİ Nügədi kəndində yerləşən göl ətrafında 01 ədəd 16 çaplı tək lüləli 10724 K nömrəli ov tüfənginin əldə edilməsi, saxlanması, daşınması, başqa şəxslərə verilməsi və satılması tələblərini pozmuşdur. Bununla bağlı Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 07 radələrində həmkəndlisi Ayaz Şixbabayevlə zəngləşib görüşmüş və kəndlərində yerləşən gölün ətrafına getmişdirlər. O, evlərində babasından qalmış markasını və modelini bilmədiyi sənədsiz ov silahını özü ilə götürmüşdür. Onlar gölün ətrafına çatanda həmkəndliləri Nizami və Anar adlı şəxsləri görmüşdürlər və onlarda əllərində ov tüfəngləri ilə həmin yerə gəlmişdirlər. Biraz sonra onlar uzaqdan 2 nəfər şəxsin gəlməsini aşkar etmişlər, o, Anar, Nizami oradan uzaqlaşaraq evlərinə qayıtmışdırlar. O, həmin qoşa lüləli ov tüfəngini gətirib evə qoymuşdur. Sonradan polis əməkdaşları onu RPŞ-nə dəvət edəndə o, ov silahını gətirib təhvil vermişdir. Onun həmin silaha aid hər hansı bir sənədi yoxdur. O, həmin vaxt orada ov etməmiş, tüfəngin işlək vəziyyətdə olub-olmamasını yoxlamaq məqsədi ilə Quba rayon 2-ci Nügədi kəndində yerləşən gölün ətrafına getmişdir. Məhkəmə iclasında iştirak edən Quba rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 protokolda göstərilənləri təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd eilməsi barədə qərardan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixli Quba rayonu, İİ Nügədi kəndində yerləşən göl ətrafında 01 ədəd 16 çaplı tək lüləli 10724 K ov tüfənginin əldə edilməsi, saxlanması, daşınması, başqa şəxslərə verilməsi və satılması tələblərini pozmuşdur. Göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi deyil, AR İXM-nin 590.2-ci maddəsinin tərkibi vardır. Ona görə də, Hüseynağa İsbatovun barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü RPŞ-nin İTB-nə göndərilmiş, eləcə də 01 ədəd 16 çaplı tək lüləli 10724 K nömrəli ov tüfəngi saxlanılması üçün Quba RPŞ-nin İTB-nə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, əməlindən peşman olmasını Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, qanunsuz saxladığı 01 ədəd 16 çaplı tək lüləli 10724 K nömrəli ov tüfəngi müsadirə edilməklə Şəxs 80 (səksən) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, qanunsuz saxladığı 01 ədəd 16 çaplı tək lüləli 10724 K nömrəli ov tüfəngi müsadirə edilməklə barəsində 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-75/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-75/2021
19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver