Məhkəmə qərarları › İş №3(027)-753/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-753/2024

17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-753/2024 17.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X4 qızının katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Quba rayonu, Zərdabi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, ali təhsilli,evli, xırda ticarətl məşqul olan, Quba şəhəri, 32-33-cü məhəllə ünnvanında qeydiyyatda olan və Quba şəhəri, H.Z.Tağıyev küç., ev 47 ünnvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş MN ******* nömrəli, 17 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e-2- 2(113)-2912/2021 saylı icra sənədini və Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e-2-2(119)- 1014/2021 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Təqdimatı onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, e-2-2(113)-2912/2021 saylı icra sənədinə əsasən iş üzrə borclu Şəxs cəmi 12013.03 manat məbləğində pul, hüquqi yardımın göstərilməsinə görə çəkilmiş 100 manat məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e-2-2(119)-1014/2021 saylı icra sənədinə əsasən tərəflər arasında bağlanılmış “Alkoqollu içkilərin satışına dair” 20 avqust 218-ci il tarixli, 76 nömrəli müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə elektron qaimələr üzrə yaranmış 35,598,79 manat borc Mülki Məcəllənin 445,7-ci maddəsinə əsasən hesablanmış 3098,88 manat digər qaimələr üzrə ödənilməmiş 30.306,22 manat cəmi, 69,003,89 manat pulun borclu Şəxs tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Eyni borclu Şəxs barəsində olan hər iki icra sənədi ümumi icraatda birləşdirilmişdir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixdə daxil olmuş, qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələblərin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədləri üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. “Elektron icra” sistemində borclu, Şəxs bank hesabları, daşınar- daşınmaz əmlaklarının və rəsmi gəlirlərinin olmaması müəyyən edilmişdir. Bildirir ki, hazırda borclu Şəxs hər iki icra sənədi üzrə ümumi bu vaxta qədər 18460 manat ödəniş etmişdir və hal-hazırda onun borcu 62676.92 manat təşkil edir. Məhkəmə iclasında protokol tərtib etmiş icra məmuru X2 izahatında bildirmişdir ki, borclu bu vaxta qədər 18460 manat ödəniş etmiş, hal-hazırda da ***-**** arası ödəniş edir, sonuncu dəfə bir icra sənədi üzrə 300 manat, o biri icra sənədi üzrə 200 manat ödəniş etmiş, buna baxmayaraq tələbkar bu ödənişlə razılaşmır, borcunu tələb edir və şikayətçidir. Borclunun hazırda iki icra sənədi üzrə 62676.92 manat borcu yığılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, məhkəmə qətnamələri barədə məlumatlıdır, lakin maddi durumu borcu ödəməyə imkan vermir. Alkoqollu içkilərin satışı ilə əlaqədar MMC-dən aldığı malların satışından xeyli miqdarda ziyanla qarşılaşmışdır. Buna baxmayaraq aylıq ödəniş edir, himayəsində iki azyaşlı övladı vardır. Hazırda ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2912/2021 saylı icra vərəqəsinə əsasən əsas borc üzrə 11.513,03 manat, cərimə borcu üzrə 500 manat, cəmi 12013,03 (on iki min on üç manat üç qəpik) manat məbləğində pul Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e-2-2(119)- 1014/2021 saylı icra sənədinə əsasən tərəflər arasında bağlanılmış “Alkoqollu içkilərin satışına dair” 20 avqust 218-ci il tarixli, 76 nömrəli müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə elektron qaimələr üzrə yaranmış 35,598,79 manat borc Mülki Məcəllənin 445,7-ci maddəsinə əsasən hesablanmış 3098,88 manat digər qaimələr üzrə ödənilməmiş 30.306,22 manat cəmi, 69,003,89 manat pulun borclu Şəxs tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2912/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixində icra məmuru Elmar Abdullayevin icraatına daxil olmuşdur. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e-2-2(119)-1014/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixində icra məmuru Nürəddin Əmrullayevin icraatına daxil olmuşdur. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e-2-2(113)-2912/2021 saylı icra sənədi və Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e-2-2(119)-1014/2021 saylı icra sənədi eyni borclu barəsində olan icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən bir icraatda birləşdirilmişdir. İş materiallarında olan hər iki icra sənədi üzrə xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildirişlər göndərilmiş və bildirişlər xəbərnamə ilə və xx.xx.2023-cü il tarixdə şəxsən imza edilməklə qəbul edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs qeyd edilən hərəkətləri icra sənədləri üzrə tələblərinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən himayəsində iki azyaşlı övladının olması məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halın mövcudluğunu, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar