Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-755/2020 27.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X1 nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1974-cü ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)-2255/2019 saylı və Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-393-2019 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X8 məhkəməyə verdiyi izahatında göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)-2255/2019 saylı icra sənədinə əsasən, borclu Şəxs 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması xx.xx.2018-ci il tarixdən başlayaraq üçün hər ay 462 manat sabit pul məbləğində aliment tələbkar X3 verilməlidir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-393-2019 saylı icra sənədinə əsasən borclu Şəxs dəyəri 8000 manat olan qızıl-zinət əşyaları alınaraq tələbkar X3 verilməlidir. Qeyd olunan Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 2255/2019 saylı icra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-393-2019 saylı icra sənədi xx.xx.2019-cu il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədləri üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədlərinin icrasını səmərəli təmin etmək məqsədilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Borclu bu vaxta qədər tələbkarın xeyrinə heç bir ödəniş etmişdir. Borclunun halhazırda 16.992 manat borcu vardır. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 2255/2019 saylı icra sənədinə əsasən, ondan 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması xx.xx.2018-ci il tarixdən başlayaraq üçün hər ay 462 manat sabit pul məbləğində aliment tələbkar X3 verilməlidir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-393-2019 saylı icra sənədinə əsasən ondan dəyəri 8000 manat olan qızıl-zinət əşyaları alınaraq tələbkar X3 verilməlidir. Bildirmişdir ki, hazırda icra sənədləri üzrə borcu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Hissə-hissə ödəcəyinə söz verir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs X1 nümayəndəsi X4 izahat verərək göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)-2255/2019 saylı icra sənədinə əsasən, borclu Şəxs 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması xx.xx.2018-ci il tarixdən başlayaraq üçün hər ay 462 manat sabit pul məbləğində aliment tələbkar X3 verilməlidir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-393-2019 saylı icra sənədinə əsasən borclu Şəxs dəyəri 8000 manat olan qızıl-zinət əşyaları alınaraq tələbkar X3 verilməlidir. Borclu bu vaxta qədər tələbkarın xeyrinə heç bir ödəniş etmişdir. Borclunun hal-hazırda 16.992 manat borcu vardır. Borcunun tam şəkildə ödənilməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla da məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 17:40-dan hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-755/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-755/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver