Məhkəmə qərarları › İş №3(027)-755/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-755/2025

03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-755/2025 03.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Siyəzən rayonu, Gilgilçay qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli, MN 2215666-2146 №-li protokol tərtib edilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:40 radələrində Quba rayon Paşaoba kəndində Zərərçəkmiş şəxs məxsus “Mersedes” markalı avtomobilin şüşələrini daşla sındıraraq ona 260 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16:40 radələrində Quba rayonu, Paşaoba kəndində “oba” marketin qarşısında saxladığı özünə məxsus “Mersedes” markalı avtomobilin şüşələrini Şəxs daşla vurub sındırmışdır. Ona 400 manat məbləğindən çox ziyan dəymiş, ziyan ödənilməyib. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Sərkər oğlu 02 iyun 2025-ci il tarixdə saat 16 radələrində Quba rayonu Paşaoba kəndində yerləşən «Oba» marketin qarşısında Zərərçəkmiş şəxs məxsus, dayanmış vəziyyətdə olan «Mersedes» markalı, AZ **-FB- *** dövlət qeydiyyat nişanlı avtomobilin ön və yan şüşələrini sərxoş vəziyyətdə sındıraraq, Zərərçəkmiş şəxs 260 manat məbləğində ziyan vurmaqla özgə əmlakını qəsdən məhv etmişdir. Lakin qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə cinayətinə görə Azərbaycan Respublikası Respublikasının CPM-nin 186-cı maddəsinin tərkibini yaratmır. Ona görə də toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, lakin Şəxs Sərkər oğlunun əməlində Azərbaycan Respublikası İXM 232.1 maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlidir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh növü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs 260 manat ziyanın bir misli miqdarında, yəni 260 (iki yüz altmış) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125- 126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 260 manat ziyanın 1 bir) misli miqdarında, yəni 260 (iki yüz altmış) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar