Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-758/2021 22.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X7, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun, onun müdafiəçisi X6 iştirakı ilə, xx xxxxx 1984-cü ildə Quba rayonu, Rük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Hacıhüseynli kəndində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs oğlu Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-1393/2021 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən 20 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X10 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)- 1393/2021 saylı icra sənədinə əsasən işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Quba şəhəri, Ə.Nərimanov küçəsi 46 ünvanında yerləşən ünvan 1 qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2856A, KOD 30301004 saylı Şəhadətnaməyə əsasən X3 və X4 məxsus torpaq sahəsində tikinti işlərinin aparılması Şəxs qadağan edilməlidir. Qeyd olunan icra vərəqəsi müvafiq olaraq 17.06.2021--ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanmışdır. İcraat zamanı borcluya bildiriş göndərilmiş, eləcə də icra sənədinin icrasından boyun qaçırılmasına görə yarana biləcək məsuliyyət ona izah olunmuşdur. Lakin borclu Şəxs bütün bunlara məhəl qoymamış və sözügedən torpaq sahəsində tikintinin aparılmasını davam etdirmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-1393/2021 saylı icra sənədinə əsasən işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Quba şəhəri, Ə.Nərimanov küçəsi 46 ünvanında yerləşən ünvan 1 qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2856A, KOD 30301004 saylı Şəhadətnaməyə əsasən X3 və X4 məxsus torpaq sahəsində tikinti işlərinin aparılması ona qadağan edilməlidir. Bildirmişdir ki, həmin icra sənədi barədə məlumatı olmuşdur. Bununla əlaqədar icra məmuru tərəfindən şifahi və yazılı qaydada xəbərdarlıq edilmişdir. Lakin o, həmin icra sənədində göstərilən X3 və X4 məxsus Quba şəhəri, Ə.Nərimanov küçəsi 46 ünvanında deyil, ********** qeydiyyat nömrəli çıxarışa əsasən özünə məxsus ünvan 2 ünvanında tikinti işləri aparmışdır. Hal-hazırda tikinti işləri **********03-10301 reyestr nömrəli texniki pasportda göstərilən ona məxsus ünvanda davam etdirir. Eyni zamanda Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-1393/2021 saylı qərardadından şikayət vermişdir. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X11 izahat verərək bildirdi ki, hazırda tikinti işləri X3 və X4 məxsus Quba şəhəri, Ə.Nərimanov küçəsi 46 ünvanında deyil, ********** qeydiyyat nömrəli çıxarış və **********03-10301 reyestr nömrəli texniki pasportda göstərilən Şəxs məxsus ünvan 2 ünvanında davam etdirilir. Eyni zamanda Şəxs tərəfindən Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-1393/2021 saylı qərardadından şikayət verilmişdir. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-1393/2021 saylı icra sənədinə əsasən işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Quba şəhəri, Ə.Nərimanov küçəsi 46 ünvanında yerləşən ünvan 1 qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2856A, KOD 30301004 saylı Şəhadətnaməyə əsasən X3 və X4 məxsus torpaq sahəsində tikinti işlərinin aparılması Şəxs qadağan edilməlidir. Lakin borclu Şəxs bütün bunlara məhəl qoymamış və sözügedən torpaq sahəsində tikintinin aparılmasını davam etdirmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan ********** qeydiyyat nömrəli çıxarış və **********03-10301 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Şəxs oğlunun mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-1393/2021 saylı qərardadına əsasən işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Quba şəhəri, Ə.Nərimanov küçəsi 46 ünvanında yerləşən ünvan 1 qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2856A, KOD 30301004 saylı Şəhadətnaməyə əsasən X3 və X4 məxsus torpaq sahəsində tikinti işlərinin aparılması Şəxs qadağan edilməsi qərara alınmışdır. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)- 1393/2021 saylı qərardadından şikayət vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs oğlunun Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-1393/2021 saylı qərardadından verdiyi şikayət mahiyyəti üzrə baxılıb qurtarana qədər onun barəsində hazırki icra sənədi üzrə inzibati təhbeh tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi müəyyən olunmur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu icra sənədini icra etməkdən imtina etməmiş, icra sənədini icra etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-758/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-758/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver