Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-758/2024 27.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X8 qızının katibliyi, Şikayət verən X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP 675528 saylı qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 RPŞ-nin DYPB-nin İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP 675528 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayonunun Susay qışlaq kəndində yaşayır. Onun özünə məxsus “Opel Combo” markalı **-BM-*** № li avtomaşını vardır. 12 sentyabr 2024-cü il tarixdə saat 11-10 radələrində özünə məxsus yuxarıda qeyd etdiyi avtomaşını idarə edərək Susayqışlaq kəndindən Xaçmaz rayonuna hüzr yerinə baş çəkmək üçün qardaşı Çingizlə birlikdə getmək istəyərkən, DYP avtomaşını ilə YPX inspektoru Müseyib Abasov kəndin qarşısında şosse yolda onu saxlatdırıb deyib ki, guya o sərxoşdur. Etiraz edib sərxoş olmadığını bildirsə də, alkotesterlə yoxlamış, 9,1 promilli dərəcədə sərxoş olmasını alkotester göstərmişdir. Bu dərəcədə onun sərxoş olmağını alkotesterin göstərməsi həqiqətə uyğun deyildi, çünki o həmin gün spirtli içki qəbul etməmişdi. Bir gün əvvəl, 11 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində cəmi 2 stəkan sərinləşdirisi içki-pivə içmişdi ki, bundan da bu dərəcədə sərxoş olmaq, özü də bir gün keçəndən sonra sərxoş olmaq qeyri mümkündür. Buna görə DYP əməkdaşına qəti etirazını bildirmiş və həkim müayinəsini tələb edib. DYP əməkdaşı da ərazi üzrə Quba rayonuna aid olmasına baxmayaraq, onu həkim müayinəsindən keçirmək üçün Quba RMX-yə deyil, nədənsə Xaçmaz RMX-yə aparılmışdır. Yolda, hətta həkimə zəng edib «yanına gəlir, adam gətirir» deyərək xəbər vermişdir. Xaçmazda həkim onun qanında 0,2 promilli alkoqolun olmasını qeyd edərək ona sərxoş olmadığını bildirmişdir. Amma ona müayinə aktını verməmiş, müayinə aktını DYP əməkdaşı özü alıb və ona göstərəndə görüb ki, aktda 0,2 rəqəminə düzəliş edib, «0» rəqəmindən «3» düzəldib. Aktın surətini istəmiş, lakin verməmişdir. Qayıdıb Susay qışlaq kəndinə maşının saxlandığı yerə gəlib. Ona bir daha sərxoş olduğu bildirilməmiş, əsaslı etirazlarının heç bir əhəmiyyəti olmamışdır. Qanunsuz olduğuna görə tərtib olunmuş protokola imza da etməmişdir. Ona görə Quba RMX-yə gəlib təkrar həkim müayinəsindən keçmiş və onun sərxoş olmaması, tam ayıq olması müəyyən edilərək təsdiq olunmuşdu, bu barədə müayinə aktının bir surəti də ona verilmişdir. Sonra telefonuna 400 manat cərimə olunmağı barədə mesaj gəlmiş, barəsində qərarın surətini istəməsinə baxmayaraq, verməmişlər. İXM-nin 124-cü maddəsinin tələbinə görə isə qərarın surəti ona yerindəcə kağız daşıyıcıda verilməli idi. O vaxtdan qanunsuz olaraq avtomaşın cərimə meydançasında saxlanılır. Bundan başqa «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 №li Qərarının tələbinə görə texniki vasitə olan alkotesterin göstəricilərindən narazılıq yarandıqda onu həkim-narkoloq vasitəsilə tibbi müayinədən keçirməli idilər ki, DYP əməkdaşları NK-nin bu qərarını da pozmuş, ərazi üzrə Quba rayonuna aid olmasına baxmayaraq, onu həkim müayinəsi üçün nədənsə Xaçmaz rayon MX-yə təqdim etmiş, müayinə aktının bir surətini təqdim etməkdən imtina etmiş, aktda sonradan düzəliş etməklə saxtakarlıq etmişlər. Ona görə də hesab edir ki, Quba RPŞ DYPB-nin xx.xx.2024- cü il tarixli TP ******* №li qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən X6 izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır, belə ki, onu düzgün müayinədən keçirməmiş və aktın surətini ona təqdim etməmişlər. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Quba RPŞ-nin DYPB-nə məlumat verilsə də, DYPB nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə DYPB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin xx.xx.2024- cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 122 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X4 alkoqol sərxoşluq vəziyyətinin yüngül dərəcə olduğu və qanında 03,2 promilli alkoqolun olması müəyyən edilmişdir. İş materiallarında olan Quba RMX-nın Narkoloji kabinetinin xx.xx.2024-cü il tarixli 62 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X1 vəziyyətinin olmadığı və ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X6 idarə etdiyi avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və alkotester müayinəsilə alkoqol istifadəsi nəticəsinə gəlinmiş və prokol tərtib olunmuşdur. Polis əməkdaşlarına sərxoş olmadığını bildirsə də və sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçməyi tələb etsə də, barəsində protokol tərtib edilmiş və protokol əsasında cərimə edilməsi barədə qərar qəbul edilmişdir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü bəndində əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması və yaxud narotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin Həmin qərarın İİİ hissəsinə yəni Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinənin aparılması qaydalarının 3.3-cü bəndinə əsasən Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qərarın 2.5-ci bəndinə əsasən Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilir. Həmin qərarın 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, AR İXM-nin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır, habelə 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Qeyd edilən Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Qeyd edilən Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Göründüyü kimi, S.Mərdanov müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazı olan xüsusi texniki vasitələr vasitəsilə sərxoşluğunun müəyyən edilməsi nəticələrinə dair xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd edilməmiş, texniki vasitədən istifadə edilməsindən sonra etiraz əsasında Xaçmaz RMX-na tibbi müayinəyə aparılmış, sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçmiş və müayinənin nəticəsinə görə, sərxoşluq vəziyyətinin yüngül dərəcə olduğu və qanında alkoqolun olması müəyyən edildiyi qeyd edilmişdir. Həmin müayinə aktında alkoqolun miqdarını göstərən sətirdə rəqəmlərə düzəliş edilmişdir. Daha sonra Quba RMX-nın xx.xx.2024-cü il tarixli müayinə aktında, saat 13:45-də X2 vəziyyətinin olmadığı və ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən şikayət təmin edilməli X6 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba RPŞ-nin xx.xx.2024-cü il tarixli TP 675528 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqıda iş üzrə icraata həmin hissədə xitam veriməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə həmçinin qeyd edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsilə inzibati məsliyyətə cəlb olunması ilə bağlı şikayət vermədiyindən, hər iki inzibati xəta üzrə vahid qərar qəbul olunduğundan və hazırda qərar ləğv olunmaqla İXM-nin 333.1-ci hissədə inzibati icraata xitam verildiyindən, material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsilə inzibati məsliyyətə cəlb olunması üçün material həmin hissədə Quba RPŞ-ə gndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba RPŞ-nin DYPB-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.-ci maddələrilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP 675528 saylı qərarı ləğv edilsin. X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələsilə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. X6 barəsində inzibati xəta haqqında material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsilə bağlı hissədə Quba RPŞ-ə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-758/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-758/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver