Məhkəmə qərarları › İş №3(027)-76/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-76/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-76/2022 08.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, xx.xx.1989-cü il təvəllüdlü, Quba rayonu, Timiryazev qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 05.06.2021-ci il tarixdə idarə etdiyi “QAZ 31029 minik” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə olunmuşdur. O, Azərbaycan Respublikası İXM-nin 339.1.1-ci maddəsi ilə tərtib edilmiş EQ seriyalı ******* nömrəli, İXM-nin 328.1-ci maddəsi ilə tərtib edilmiş EQ seriyalı ******* nömrəli və İXM-nin 329.1-ci maddəsi ilə tərtib edilmiş EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarları və Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli protokollar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bununla əlaqədar Quba RPŞ-nin DYPB tərəfindən 12.01.2022-ci il tarixdə İXP seriyalı ******* nömrəli inzibati protokol tərtib edilmiş və iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs oğlu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Şəxs həmin inzibati xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İXM-nin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs oğlunun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edirəm ki, barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və onun barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar