Məhkəmə qərarları › İş №3(027)-76/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-76/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-76/2024 02.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, X5 oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 18976941 №li qərarından verilmiş şikayətə baxaraq, müəyyənetdim: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 18976941 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 14 yanvar 2024-cü il tarixdə saat 15:11-də idarə etdiyi Vaz-21214 markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri Heydər Əliyev prospektində hərəkətdə olmuşdur. 15 yanvar 2024-cü il tarixdə saat 01:19da onun barəsində guya svetoforun qırmızı işığında hərəkətdə olduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etmək istəyir ki, o həmin tarixdə idarə etdiyi avtomobillə hərəkətdə olarkən sveteforun qırmızı işığında hərəkət etməmişdir, həmin vaxtı sveteforun yaşıl işığı yanmış və o hərəkət emişdir. Əgər o həqiqətən svetoforun qırmızı işığında hərəkət etmişədirə bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əlavə edilmiş fotoşəkillərdə isə nəinki qırmızı işıq, heç svetoforun özü belə görünmür. Bundan başqa əgər o həqiqətən sveteforun qırmızı işığında hərəkət etmişdirsə, niyə həmin vaxt barəsində inzibati xəta haqqında protokol tərtib edilməmiş, yalnız gecə saat 01:19-da inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə həmin inzibati xəta haqqında qərarın özü tərtib edilmə qaydaları pozmaqla çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydalarına əsasən real vaxt rejimində tərtib olunan inzibati xəta haqqında protkollarda hadisə baş verdiyi anda inzibati xəta haqqında protokol və qərar tərtib edilməlidir. Lakin barəsində tərtib edilmiş inzibati xəta haqqında qərara qoşma olan fotoşəkildən də göründüyü kimi Xətanın yeri qrafasında saat 15:11 göstərilmiş, qərarın tərtib edildiyi tarix isə bir gün sonra saat 01:19 göstərilmişdir. Bu da onu deməyə əsas verir ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın tərtib edilməsi kimi göstərilən görüntünü çəkən kamera müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməmiş, həmin görüntü şəhərin təhlükəsizlik kamerası ilə aşkar edilərək qərar qəbul edilmişdir. Həmin hal isə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 şikayəti müdafiə edərək bildirdi ki, SMS Radar.az proqramından mesaj gələndə görmüşdür ki, inzibati xətanı özündə əks etdirən video yoxdur. Görüntünün baş vermə vaxtı ilə mesajın gəlmə vaxtı arasında bir gün fərq var. Müşahidə kamerası ilə qayda pozunutusunu qeydə alınması zənnincə qeyri-qanunidir. Polisin çıxardığı qərarı ləğv edib onun hüququnun bərpa edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə ondan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki Quba RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət vermiş şəxsi dinləyib və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına Quba rayon PŞ-nin DYP bölməsi tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən görünür ki, X1 şəhəri Heydər Əliyev prospektində yerləşən “Qafqaz OİL” YDM-nin qarşısında yerləşən işıqfora yaxınlaşarkən işiqforun sarı işığının yanıb sönməsini görmüş (videoda nəqliyyat vasitəsini dayandırmaq niyyəti hiss olunur) lakin **-PD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini dayandırmadan işıqforun qırmızı işığında hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, X3, yuxarıda göstərilən yerdə, vaxtda işıqforun sarı işığının yanıb söndüyünü gördüyündən, nəqliyyat vasitəsini dayandırmalı olduğu halda işıqfora yaxınlaşıb və işıqforun qırmızı işığında keçmişdir. Bu hal Quba RPŞ-nin DYBİ-də araşdırma zamanı öz əksini tapmışdır. “X7” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin 2-ci bəndinə əsasən yaşıl rəngli işığın yanıb-sönməsi bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər) Həmin maddənin 3-cü bəndində əsasən sarı rəngli işığın yanması- bu siqnal hərəkəti qadağan edir və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Həmin maddənin 5-ci bəndində əsasən qırmızı rəngli işığın yanması və ya yanıbsönməsi — bu siqnal hərəkəti qadağan edir; Həmin maddənin 6-cı bəndinə əsasən qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. Buda onu göstərir ki, X3 qərarda göstərilən inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ18976941 nömrəli qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ18976941 nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar