Məhkəmə qərarları › İş №3(027)-760/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-760/2022

21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-760/2022 21.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X17 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X5 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 08 iyul 2022-ci il tarixdə saat 21:00 radələrində Quba rayonu, İ Nügədi kəndində vətəndaş X14 məxsus “BMW” markalı, 10RH545 nömrə nişanlı avtomobildən 230 manat pulunu oğurlamış, xx.xx.2022-cil il tarixdə saat 23:00 radələrində Quba rayonu, İqriq kənd ərazisində vətəndaş Zərərçəkmiş şəxs məxsus “MAZ” markalı avtomaşının 480 manat dəyərində iki ədəd təkərini oğurlamış və xx.xx.2022-ci il tarixində Quba rayon, Amsar kəndində vətəndaş X1 məxsus **********876321 nömrəli kartdan 270 manat pul çıxararaq talamışdır. Bununla bağlı Şəxs barəsində Quba Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X15 tərəfindən 21 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli, Quba Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən 21 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli və Quba Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən 21 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokollar tərtib edilmiş və materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 08 iyul 2022-ci il tarixdə saat 21:00 radələrində Quba rayonu, İ Nügədi kəndində vətəndaş X14 məxsus “BMW” markalı, 10RH545 nömrə nişanlı avtomobildən 230 manat pulunu oğurlamış, xx.xx.2022-cil il tarixdə saat 23:00 radələrində Quba rayonu, İqriq kənd ərazisində vətəndaş Zərərçəkmiş şəxs məxsus “MAZ” markalı avtomaşının 480 manat dəyərində iki ədəd təkərini oğurlamış və xx.xx.2022-ci il tarixində Quba rayon, Amsar kəndində vətəndaş X1 məxsus **********876321 nömrəli kartdan 270 manat pul çıxararaq talamışdır. Əməlindən peşman olduğunu, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Quba rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 protokollarda göstərilənləri təsdiq edərək protokolların onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarından görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21 iyul 2022-ci il tarixli MN ******* nömrəli, 21 iyul 2022-ci il tarixli MN ******* nömrəli və 21 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-759/2022, 3(027)-760/2022 və 3(027)-761/2022 saylı işlər bir icraatda 3(027)- 760/2022 saylı nömrə ilə birləşdirilmişdir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 19 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Quba rayonu, Birinci Nügət kəndində yaşayan X14 məxsus **-RH-*** dövlət nömr nişanlı “BMW” markalı avtomobilindən xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrind avtomobilin saxlanc yerindən 230 manat pulun Şəxs və Elvi adlı şəxslər tərəfindən oğurlanmış və Tərlan Əzizova ümumilikdə 230 (iki yüz otuz manat dəyərində ziyan dəymişdir. Əməli törətmiş Şəxs Tofiq oğlu və Elvin adlı şəxslərin yeri və sonuncunun şəxsiyyəti müyyən edilməmişdir. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakını gizli talama, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibini yaratmır. Lakin, Şəxs və Elvin adlı şəxsin əməllərində AR-nın İXM-nin 22-ci maddəsinin tərkibi vardır. Ona görə də, X12 müraciəti əsasında toplanmış materialda Şəxs və Elvin adlı şəxs əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilməli, əməli törədən Şəxs və Elvin adlı şəxsin yerini müəyyən edildikdən sonra barələrində Azərbaycan Respublikası İnzibati Xətai Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti Quba RPş-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən qəbul edilmiş 30 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, naməlum şəxs 17 iyun 2022-ci il tarix, saat 22 radələrindən 20 iyun 2022-ci il tarix, saat 09 radələrinədək olan müddət ərzində Quba rayon İqriq kəndi ərazisindən keçən Quba-Bakı avtomobil yolunun sağ kənarında saxlanılmış Zərərçəkmiş şəxs məxsus avtomobiiin iki ədəd təkərini avtomobil qoşqusunun altından gizli olaraq talamaqla sonuncuya 480 manat dəyərində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsində göstərilmişdir ki, bu məcəllənin 177.1-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Vurulmuş ziyanın məbləği beş yüz manatdan aşağı olduğu halda törədilmiş əməl inzibati xəta sayılır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsində maddəsi nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Buradan da görünür ki, hadisəni törədən naməlum şəxsin əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsinin tərkibi vardır. Belə olan halda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilməlidir. Lakin 480 manat məbləğində əmlakın talanması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsinin tərkibini yaratdığından qərarın surəti hadisəni törədən naməlum şəxsin tapılaraq barəsində inzibati tədbir görülməsindən ötrü aidiyyəti üzrə RPŞ-nin İctimai-Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X16 tərəfindən qəbul edilmiş 20 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Fəridə Əlməmmədova məxsus “Kapital bank”a məxsus **********876321 nömrəli kartdan 270 manat pulu talamış təhqiqata şəxsiyyəti məlum olmayan şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməli və qərarın surəti şikayətçi Fəridə Əlməmmədovaya göndərilməklə ona qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Quba rayon prokuroruna, yuxarı prokurora və yaxud məhkəməyə şikayət etmək hüquqlarının olması izah edilməlidir. Fəridə Əlməmmədovaya məxsus Kapital banka məxsus **********876321 nömrəli kartdan 270 manat pulu talamış təhqiqata şəxsiyyəti məlum olmayan şəxsin (şəxslərin) gələcəkdə şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X19 xx.xx.2022-ci il tarixdə, saat 11:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Huquqlarının və X10 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 21 iyun 2022-ci il tarixdən, saat 11:30-dan hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar