Məhkəmə qərarları › İş №3(027)-761/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-761/2022

21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-761/2022 21.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X3 xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyənetdi: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiallara əsasən, Şəxs 08 iyul 2022-ci il tarixdə saat 21:00 radələrində Quba rayonu, İ Nügədi kəndində vətəndaş X6 məxsus “BMW” markalı, 10RH545 nömrə nişanlı avtomobildən 230 manat pulunu oğurlamış, xx.xx.2022-cil il tarixdə saat 23:00 radələrində Quba rayonu, İqriq kənd ərazisində vətəndaş X7 məxsus “MAZ” markalı avtomaşının 480 manat dəyərində iki ədəd təkərini oğurlamış və xx.xx.2022-ci il tarixində Quba rayon, Amsar kəndində vətəndaş Zərərçəkmiş şəxs məxsus **********876321 nömrəli kartdan 270 manat pul çıxararaq talamışdır. Bununla bağlı Şəxs barəsində Quba Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 tərəfindən 21 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli, Quba Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən 21 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli və Quba Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən 21 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokollar tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21 iyul 2022-ci il tarixli MN ******* nömrəli və 21 iyul 2022-ci il tarixli MN ******* nömrəli və 21 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)- 759/2022, 3(027)-760/2022 və 3(027)-761/2022 saylı işlər bir icraatda 3(027)-760/2022 saylı nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutararaq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21 iyul 2022-ci il tarixli MN ******* nömrəli və 21 iyul 2022-ci il tarixli MN ******* nömrəli və 21 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-759/2022, 3(027)-760/2022 və 3(027)-761/2022 saylı işlər bir icraatda 3(027)-760/2022 saylı nömrə ilə birləşdirilsin. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar