Məhkəmə qərarları › İş №3(027)-762/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-762/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-762/2025 07.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızı, X1 inzibati tənbeh barədə qərarın ləğv edilməsi barədə şikayətini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: X2 barəsində tərtib olunmuş inzibati tənbeh barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Quba rayon Məhkəməsinin 3(027)-762/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X1 barəsində xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmamışdır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, inzibati məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-585/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üzrə Quba Rayon Məhkəməsinin 3(027)- 762/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı və xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş və işə yenidən baxılması üçün material birinci instansiya məhkəməsinə, hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında qərarlardan verilmiş şikayət və əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, inzibati tənbeh vermə haqqında TP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş, həmin qərardan şikayəti isə X1 nümayəndəsi Nümayəndə imzalamaqla məhkəməyə vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2- ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Hər bir şəxsin barəsində qərardan ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməklə məhkəmə müdafiəsi hüququnun realizə edilməsindən ötrü müraciət prosessual qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilməli, səlahiyyətli şəxs tərəfindən imzalanmalı və verilməlidir. İnzibati tənbeh vermə haqqında qərar ilə Ehtiram Əliyev barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, həmin qərar onun və ya müdafiəçisi tərəfindən imzalanmamış, nümayəndəsi tərəfindən imzalanaraq məhkəməyə verilmişdir. İnzibati Xətalar Məcəlləsinə görə, inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh tədbiri tətbiq edilən şəxs və ya onun müdafiəçisi şikayət verə bilər. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X1 inzibati tənbeh barədə qərarın ləğv edilməsi barədə şikayət materialı natamam olduğundan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar