Məhkəmə qərarları › İş №3(027)-764/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-764/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-764/2021 05.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, X15 oğlunun katibliyi ilə, X2 İnzibati tənbeh vermə haqqında 21 avqust 2021-ci il tarixli, TP ******* №li qərarından verilmiş şikayətə baxaraq, müəyyən etdim: X7 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Quba rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı X10 tərəfindən inzibati tənbeh vermə haqqında 21 avqust 2021ci il tarixdə tərtib edilmiş TP ******* №li qərar qanunsuz və həqiqətə uyğun olmadığına (saxta olduğuna) görə həmin qərarın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X7 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba rayon polis şöbəsinin əməkdaşı, polis kapitanı X10 tərəfindən ünvanına 20 sentyabr 2021-ci il tarixdə daxil olmuş 26 avqust 2021-ci il tarixli 146-14/20484- 124 saylı məktub və ona əlavə edilmiş İnzibati tənbeh vermə haqqında 21 avqust 2021-ci il tarixli TP ******* №li qərarda qeyd edilmişdir ki, guya o, X7, 27 may 2021-ci tarixdə saat 22-00 radələrində idarə etdiyi Vaz 2106 markalı ** BS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yol hərəkəti qaydalarını pozduqdan sonra, yol nəqliyyat hadisəsi yerindən yayınmış və tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Həmin qərar, Quba rayonunun Ağbil kənd sakini, həmkəndlisi X3 Quba rayon polis şöbəsinə etmiş olduğu müraciət əsasında, hadisə baş verdiyi tarixdən, yəni 27 may 2021-ci il tarixdən 87 (səksən yeddi) gün keçəndən sonra, yəni 21 avqust 2021-ci il tarixdə, Quba rayon polis şöbəsinin əməkdaşı, polis kapitanı X10 tərəfindən qanunsuz və həqiqətə uyğun olmayan (saxta olduğuna görə) yollarla tərtib edilərək ünvanıma göndərilmişdir. O, 26 avqust 2021ci il tarixli 146-14/20484-124 saylı məktub və ona əlavə edilmiş İnzibati tənbeh vermə haqqında 21 avqust 2021-ci il tarixli TP ******* №li li qərarı, həmin qərar tərtib edildiyi tarixdən iyirmi doqquz gün keçəndən sonra, yəni 20 sentyabr 2021-ci il tarixdə almışdır. Hansı səbəbə görə, 21 avqust 2021-ci il tarixdə tərtib edilmiş qərar, ünvanına poçt vasitəsi ilə 20 sentyabr 2021-ci il tarixdə çatdırılmışdır. Bu faktın özü saxtakarlığın bariz nümunəsidir. Çünki, tərtib edilmiş qərarda bilavasitə qeyd edilir ki, qərarın surəti iki gün müddətində, barəsində qərar qəbul edilmiş fiziki şəxsə və zərər çəkmiş şəxsə verilir. Qərarın surəti ona iki gün müddəti ərzində verilməli olduğu halda, həmin saxta qərar ona 26 avqust 2021-ci il tarixdə verilmişdir. Həmin 21 avqust 2021-ci il tarixli qərarda, Quba rayon polis şöbəsinin əməkdaşı, polis kapitanı X4 hansı vəzifə daşıması qeyd edilməmiş və qərarın hadisədən 87 gün keçəndən sonra, konkret olaraq hansı vətəndaşın şikayəti əsasında tərtib edilməsi barədə heç bir yazı olmamış, yol nəqliyyat hadisəsinin, konkret olaraq hansı ərazidə baş verməsi, hadisəni görmüş şahid və ya şahidlərin kimliyi barədə heç nə qeyd edilməmiş, barəsində tərtib edilmiş İXP ******* li protokolla və işin digər materialları ilə tanış ediməmişdir. Quba rayon məhkəməsi tərəfindən 20 sentyabr 2021-ci il tarixdə ünvanına göndərilmiş tarixsiz iddia ərizəsində, Quba rayonunun Ağbil kənd sakini X3, guya 27 may 2021-ci il tarixdə saat 22-00 radələrində Quba rayonunun Ağbil kəndində evə gedərkən, yolun yoxuş hissəsində qarşı istiqamətdə yuxarıdan aşağıya gələn Vaz 2106 markalı, ** BS *** nömrə nişanlı avtomobili idarə edən cavabdeh kimi o-yəni X2, idarə etdiyi maşını qəsdən maşınının üzərinə sürərək əzməsini qeyd etməklə, bu barədə Quba rayon polis şöbəsinə müraciət etdiyini, hadisə nəticəsində mənim avtomobilinin qapısının açılaraq, onun idarə etdiyi atomaşınının sol qanadını əzərək ona ziyan dəydiyini, bununla bağlı araşdırma aparılaraq TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi göstərilmişdir. İddia ərizəsində iddiaçı Quba rayonunun Ağbil kənd sakini X5, hadisə vaxtı hansı markalı və hansı nömrəli avtomaşını idarə etməsi barədə heç nə yazmamış, hadisənin baş verdiyi yerdə - kimlərin olmasını göstərməmiş və hadisə baş verdikdən sonra, konkret olaraq hansı tarixdə Quba rayon polis şöbəsinə ərizə ilə müraciət etməsini qeyd etməməklə, iddia ərizəsinin və tərtib edilmiş qərarın bir daha saxta olmasını təsdiq etmişdir. Sual olunur ki, Quba rayonunun Ağbil kənd sakini X8, onun barəsində Quba rayon polis şöbəsinə vermiş olduğu ərizədə, idarə etdiyi maşının markasını və nömrəsini qeyd etmiş, lakin hansı səbəbə görə özünün idarə etdiyi avtomaşının markasını, nömrəsi və hadisəni görmüş şəxs və ya şəxslər barədə göstərməmişdir.Buradan da aydın olur ki, Quba rayon polis şöbəsinin əməkdaşı, polis kapitanı X10, Quba rayonunun Ağbil kənd sakini X1 ərizəsi əsasında, 21 avqust 2021-ci il tarixdə İnzibati tənbeh vermə haqqında TP ******* Ns li saxta qərar tərtib etməklə, Quba rayonunun Ağbil kənd sakini X3 mənim barəsində Quba rayon məhkəməsinə tarixsiz, saxta iddia ərizəsi yazmasına şərait yaratmışdır. Saxtakarlıq o həddə çatmışdır ki, Quba rayonunun Ağbil kənd sakini X8, həmkəndlisi olan X6, hadisənin şahidi kimi polis şöbəsinə bildirərək, sonuncunun həqiqətə uyğun olmayan izahatını almağa nail olmuşdur. Quba rayonunun Ağbil kənd sakini X8, hərbi xidmətdə olmamış, fərarilik etməklə həbsxana həyatı sürmüşdür. Hanbu ki, Quba rayonunun Ağbil kənd sakini X9, söhbət zamanı bildirir ki, o hadisənin şahidi olmamış və onu aldadaraq izahata imza etdirmişlər. Əgər hadisə törədilmişdirsə də, niyə idarə etdiyi maşına polis əməkdaşları baxış keçirməmiş və şikayətçinin özü hadisədən 87 gün keçəndən sonra, barəmdə inzibati protokolun yazılmasına nail olmuşdur. Odur ki, Quba rayon polis şöbəsinin əməkdaşı, polis kapitanı X10 tərəfindən İnzibati tənbeh vermə haqqında 21 avqust 2021-ci il tarixdə tərtib edilmiş TP ******* №li qərar qanunsuz və saxta olduğuna görə ləğv edilməlidir. Onu da bildiri ki, o, barəsində saxta qərar çıxarmış Quba rayon polis şöbəsinin-vəzifəsi bilinməyən əməkdaşı, polis kapitanı X10 barəsində müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş X7 və Quba rayon Polis Şöbəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə E.Məmmədovun və Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Ərizədə qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X2 ərizəsi əsassız olduğundan şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X2 Quba rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı X10 tərəfindən inzibati tənbeh vermə haqqında 21 avqust 2021-ci il tarixdə tərtib edilmiş TP ******* №li qərarın ləğv edilməsi barədə ərizəsinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, Qərara aldı : X2 Quba rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı X10 tərəfindən inzibati tənbeh vermə haqqında 21 avqust 2021-ci il tarixdə tərtib edilmiş TP ******* №li qərarın ləğv edilməsi barədə ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar