Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-766/2022 22.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokolu tərtib edən şəxslər X5 və X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X3 və "xxxx" MMC-nin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Rusiya Federasiysında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə Quba rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən əkin sahəsindən 4 ədəd 400 manat dəyərində hər biri 50 metr uzunluğda yerli istehsal plastik boruları oğurlamışdır. Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Quba şəhərində olan “Araz” marketin yanında “Kapital Bank”a məxsus bankomatdan X1 məxsus 299 manatı oğurlamışdır. Şəxs xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixə keçən gecə saat 21:00 radələrində Quba rayonu 2-ci Nügədi kəndi ərazisində bağdan yeni əkilmiş 131 ədəd gilas qələmlərini oğurlamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib edən şəxs X6 bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Quba şəhərində olan “Araz” marketin yanında “Kapital Bank”a məxsus bankomatdan X1 məxsus 299 manatı oğurlamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolları tərtib edən şəxs X6 bildirdi ki, Şəxs xx.xx.2022ci il tarixdə Quba rayonu 2-ci Nügədi kəndi ərazisində yerləşən əkin sahəsindən 4 ədəd 400 manat dəyərində hər biri 50 metr uzunluğda yerli istehsal plastik boruları və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixə keçən gecə saat 21:00 radələrində Quba rayonu 2-ci Nügədi kəndi ərazisində bağdan yeni əkilmiş 131 ədəd gilas qələmlərini oğurlamışdır. Protokolları təhqiqat qərarlarına əsasən tərtib etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, bildirdi ki, göstərilən inzibati xətaları törətmişdir, əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcək. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə ona məxsus Quba rayonu,2-ci Nügədi kəndi ərazisində yerləşən əkin sahəsindən 4 ədəd 400 manat dəyərində, hər biri 50 metr uzunluğda yerli istehsal plastik boruları oğurlamışdır və ona maddi ziyan vurmuşdur. Dəymış ziyanı tələb edir. Hazırda şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs X3 bildirdi ki, Şəxsxx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Quba şəhərində olan “Araz” marketin yanında “Kapital Bank”a məxsus onun 299 manatını oğurlamışdır. Pulunu tələb edir. Hazırda şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 bildirdi ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixə keçən gecə saat 21:00 radələrində Quba rayonu,2-ci Nügədi kəndi ərazisində bağdan yeni əkilmiş 131 ədəd gilas qələmlərini oğurlamış və MMC-nə maddi ziyan dəymişdir. Dəymış ziyanı tələb edir. Hazırda şikayətçidilər. Məhkəmə protokolu tərtib etmiş şəxsləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri dinləyib, təqdimatı və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İş materialında olan 04 may 2022-ci il, 28 may 2022-ci il və 07 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarlaın surətindən görünür ki, zərərçəkmiş şəxslərin müraciətləri əsasında toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarların surəti Quba RPŞ-nə İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tədbiq edilsin. Şəxs üzərinə ictimai işlər növündə işlərin yerinə yetirildiyi yerdə elektron nəzarət vasitisini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-766/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-766/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver