Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-767/2021 22.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, X1 iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Kürdəmir rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan və yaşayan (X4 xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs oğlu 22 sentyabr 2021-ci il tarixdə saat 01:30 radələrində Quba şəhəri, Heydər Əliyev prospektinin Dağüstü massivində yerləşən “Bərpa-Spa” mərkəzində icra direktoru vəzifəsini tutduğu halda saat 00:00-dan sonra obyektin fəaliyyətini davam etdirərək, xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 tərəfindən Şəxs oğlunun barəsində 22 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, Quba şəhəri, Heydər Əliyev prospektinin Dağüstü massivində yerləşən “Bərpa-Spa” mərkəzində icra direktoru vəzifəsində çalışır. 22 sentyabr 2021-ci il tarixdə saat 01:30 radələrində obyektin fəaliyyətini davam etdirməmiş, sadəcə iş yoldaşları ilə birlikdə yemək yemişdir. Əməlindən peşman olduğunu, ilk dəfə inzibati xəta törətdiyini bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun müdafiəçisi X5 izahat verərək bildirdi ki, Şəxs oğlu Quba rayon Polis Şöbəsində olarkən onun müdafiə hüququ kobud şəkildə pozulmuş, müdafiəçi ilə təmin edilməmişdir. Bundan başqa Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal olmamasını, ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq Şəxs oğlu barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə protokolu tərtib etmiş şəxs - Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 protokolda yazılanları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, 22 sentyabr 2021-ci il tarixdə saat 01:25 radələrində Quba şəhəri, Heydər Əliyev prospektinin Dağüstü massivində yerləşən “Bərpa-Spa” mərkəzinin ərazisində xidmətdə olarkən ətrafdan musiqi səsinin gəldiyini eşitmiş və həmin əraziyə yaxınlaşmışdır. Bu zaman həmin ərazidə Şəxs oğlu və digər şəxslər tərəfindən obyektin fəaliyyətini davam etdirərək, xüsusi karantin rejimi qaydalarını pozulduğunu aşkar etmişdir. Bununla bağlı video çəkiliş aparılmış və iş materiallarına əlavə edilmişdir. Eyni zamanda Şəxs oğlundan bu barədə soruşduqda ad günü məclisi keçirdiyini etiraf etmişdir. İş materiallarında olan portaldan çıxarışın surətindən görünür ki, Şəxs oğlu əmək müqaviləsi əsasında X13” mərkəzində icraçı direktor vəzifəsində çalışır. İş materiallarında olan video görüntüdən görünür ki, Şəxs 22 sentyabr 2021-ci il tarixdə saat 01:30 radələrində Quba şəhəri, Heydər Əliyev prospektinin Dağüstü massivində yerləşən “Bərpa-Spa” mərkəzində saat 00:00-dan sonra ad günü məclisi təşkil edərək, obyektin fəaliyyətini davam etdirərək, xüsusi karantin rejimi qaydalarını pozmuşdur. İş materiallarında olan 22.09.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22.09.2021-ci il tarixdə, saat 03:10 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, izahatları dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 məhkəmə iclasında Şəxs Quba rayon Polis Şöbəsi tərəfindən müdafiə hüquqlarının pozulduğunu qeyd etsə də, protokola əlavə edilmiş ərizədən görünür ki, Quba rayon Polis Şöbəsində Şəxs müdafiəçi ilə təmin edilməsi təklif olunmuş, o, isə könüllü şəkildə bundan imtina etmişdir. Həmçinin, Şəxs məhkəmə iclasında qeyd edilən məkanda ad günü məclisi keçirilmədiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı Şəxs və digər şəxslərin saat 00:00-dan sonra ad günü məclisi təşkil edərək, obyektin fəaliyyətini davam etdirməsi öz təsdiqini tapmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci tarixli xüsusi karantin rejiminin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqqında Qərarının 2.3cü bəndinin tələblərini kobud şəkildə pozması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci tarixli xüsusi karantin rejiminin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqqında Qərarının 2.3-cü bəndinin məzmununa əsasən 2021-ci il 01 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmət göstərilməsinə icazə verilir. Lakin, Şəxs saat 00:00-dan sonra icraçı çalışdığı obyektin fəaliyyətini davam etdirərək, xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi iş üzrə toplanmış sübutlarla Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs oğlunun əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 9 (doqquz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 22 sentyabr 2021-ci il tarixdən, saat 03:10-dan hesablansın. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-767/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-767/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver