Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-768/2022 23.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 qızının katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Quba rayonu, Davidoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Davidoba kəndində qeydiyyatda olan və yaşayan (X6 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Quba rayonu, Çaydüzü kəndində vətəndaş X2 məxsus evin zirzəmisindən 450 manat dəyərində qabqacaq oğurlamış, xx.xx.2022-ci il tarixdə Quba rayonu, Davidoba kəndində vətəndaş Zərərçəkmiş şəxs məxsus ot biçəni oğurlamış və xx.xx.2022-ci il tarixdə vətəndaş Mahir Əlirzayevin 407 manat pulu gizli yolla talamışdır. Bununla bağlı Şəxs barəsində Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X14 tərəfindən 22 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli və MN ******* nömrəli protokollar tərtib edilmiş və materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Quba rayonu, Çaydüzü kəndində vətəndaş X2 məxsus evin zirzəmisindən 450 manat dəyərində qab-qacaq oğurlamış, xx.xx.2022-ci il tarixdə Quba rayonu, Davidoba kəndində vətəndaş Zərərçəkmiş şəxs məxsus ot biçəni oğurlamış və xx.xx.2022-ci il tarixdə vətəndaş Mahir Əlirzayevin 407 manat pulu gizli yolla talamışdır. Əməlindən peşman olduğunu, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs ona məxsus ot biçən aparatını oğurladıqdan sonra geri qaytarmışdır. Məhkəmədə zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində ofisiant kimi çalışdığı Quba rayonu, Qəçrəş kəndində yerləşən Asma Körpü restoranında ona məxsus 407 manat pulunu gizli yolla mənimsəmişdir. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X14 protokollarda göstərilənləri təsdiq edərək protokolların onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarından görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 22 iyul 2022-ci il tarixli MN ******* nömrəli və 22 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-768/2022 və 3(027)-769/2022 saylı işlər bir icraatda 3(027)-768/2022 saylı nömrə ilə birləşdirilmişdir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X15 tərəfindən qəbul edilmiş 22 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Quba rayonu Davidoba kənd sakini xx.xx.1993-cü il təvəllüdlü Şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Quba rayonu Qəçrəş kəndində yerləşən Ehtiram Əlirzayevin atası Mahir Əlirzayevə məxsus olan və ofisiant kimi çalışdığı Asma Körpü restoranında mətbəxdəki dəftər arasında saxlanılan 407 manat pulu mənimsəmə yolu ilə gizli olaraq talamışdır. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakını gizli olaraq talama cinayətinin, yəni AR CM-nin 177-ci maddəsinin tərkibini yaratmır. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs ona məxsus bağ sahəsində alaq otlarının biçilməsi məqsədilə vermiş olduğu 1 ədəd Türkiyə istehsalı olan Çempion markalı 150 manat dəyərində benzin yanacağı ilə çalışan otbiçən aparatı tanımadığı şəxsə 40 manata satmışdır. Göründüyü kimi Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti barəsində AR İXM-nin 227-ci (xırda talama) maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən qəbul edilmiş 06 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, A. Abdullayev küçəsi 3, bina 2, mənzil 68-də yaşayan X4ma məxsus Quba rayonu Çaydüzü kəndində yerləşən fərdi yaşayış evinin açıq olan zirzəmisindən 01 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixədək olan müddət ərzində ət, sok çəkən maşının, kofe hazırlayan blendrın, oksigen aparatının, müxtəlif növ qab-qacaqlar naməlum şəxs və ya şəxlər tərəfindən oğurlanmış və Güləndam Qsmanovaya ümumilikdə 450 (dörd yüz əlli) manat dəyərində ziyan dəymişdir. Əməli törətmiş şəxs(lər) müəyyən edilməmişdir. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakım gizli talama, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkibini yaratmır. Lakin törədilmiş əməldə AR-nm İXMnin 227-ci maddəsinin tərkibi vardır. Qna görə də, X1 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rəddd edilməli, əməli törədən şəxs(lər) müəyyən edildikdən sonra barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama), maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)- 767/2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 05 (beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Huquqlarının və X9 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25 (iyirmi beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(027)- 767/2022 saylı qərarı ilə ona təyin edilmiş 05 gün müddətinə inzibati həbsin qurtardığı gündən hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-768/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-768/2022
23.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver