Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-77/2021 05.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Nizami RPİ-nin 25-ci PS-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Nizami RPİ-nin xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, X2 xx.xx.2021-ci il tarixdə saat 21:05 radələrində Bakı şəhəri Nizami rayonunda xüsusi karantin qaydalarına əməl etməmişdir. Bununla da Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin tələblərini pozmuşdur. X2 ərizə ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası Nizami RPİ-nin 25-ci PS-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X2 göstərdi ki, o, xx xxxxxx 2021-ci i tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində Nizani RPİ-nin 25-ci PB-nin əməkdaşı tərəfindən barəmdə Azərbaycan Respubliksının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi haqqında ******* saylı protokol tərtib edilmişdir. Həmin günü mən özümə məxsus bağdan yığılmış almanın satılması üçün Bakı şəhərinə getmişdim. Protokol tərtib edilməmişdən əvvəl mən polis əməkdaşına bildirdim ki. pamdemiya dövründə dələlərlə yaşadığım Quba rayonundan Bakı şəhərinə kənd təsərrüfatı malları gətirmişəm. Bu birinci belə hal deyil. Quba-Bakı yolunda 2 post qurulub və hər dəfə o postlardan keçib gəlmişəm, sənədlərimə baxım məni postdan buraxmışlar. Əgər kənd təsərrüfatı məhsullarının daşınması üçün əlavə icazə tələb olunsa idi. məni bu postlardan buraxmazdılar. Bundan başqa mən icazə ilə bağlı icra nümayəndəsinə və Dövlət X3 Quba regional bölməsinə müraciət etmişəm, mənə hər iki qurumdan bildirmişdilər ki, kənd təsərrüfatı mohsullarının daşınması üçün heç bir icazə tələb olunmur. Bütün bunlara baxmayaraq polis əməkdaşı barəmdə müvafiq protokol tərtib etdi. Mən buna öz etirazımı bildirdim. Həmin gün DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişəm. Mənə 102 xidmətinin əməkdaşı bildirdi ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, pamdemiya dövründə müəyyən kateqoriya nəqliyyat vasitələrinin ölkə ərazisində hərəkəti sərbəstdir. Bu kateqoriyaya təcili tibbi yardım, qəza-xilasetmə avtomobilləri və digər nəqliyyat vasitələri ilə yanaşı, kənd təsərrüfatı texnikası və məhsul daşıyan avtomobilər də aiddir. Bölgələrdən paytaxta və digər şəhərlərə kənd təsərrüfatı məhsullarını daşıyan orta və ağır tonnajlı yük avtomobillərinin hərəkətinə heç bir məhdudiyyət yoxdur. Əlavə olaraq bildirdi ki,jəromkolun ləvği ilə bağlı məhkəməyə müraciət etməliyəm. Protokol tərtib edildikdən sonra mən protokola imza atsam da. protokolu tərtib edəm polis əməkdaşı protokolu imzalamadı. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq xahiş edirəm ki. barəmdə Azərbaycan Respubliksının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi haqqında tərtib edilmiş ******* saydı protokolu ləğv edəsiniz.Göstərilənıərə əsasən barəsində Azərbaycan Respublikası Nizami RPİ-nin 25-ci PS-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul etməyi məhkəmədən xаhiş еtdi. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası Nizami RPİ-nin 25-ci PS-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası Nizami RPİ tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi qanunvericilikdə ancaq inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında İşlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası Nizami RPİ-nin 25-ci PS-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi barədə X1 ərizənin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Azərbaycan Respublikası Nizami RPİ-nin 25-ci PS-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi barədə X1 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-77/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-77/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver