Məhkəmə qərarları › İş №3(027)-77/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-77/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-77/2022 26.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə xx.xx.1995-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, PVC Plastik MMC-də müdir müavini işləyir, ünvan 1 ünvanda qeydiyyatda olan yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 26.01.2022-ci il tarixdə, saat 12:45 radələrində idarə etdiyi “BMV 540” minik markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla avtoxuliqanlıq hərəkətləri etmişdir. Bu barədə Quba rayonu, Yol Patrul Xidmətinin polis baş leytetnantı X3 tərəfindən 26.01.2022-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə protokol tərtib etmiş şəxs X3 bildirdi ki, Şəxs 26.01.2022-ci il tarixdə, saat 12:45 radələrində idarə etdiyi “BMV 540” minik markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla avtoxuliqanlıq hərəkətləri etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, 26.01.2022-ci il tarixdə idarə etdiyi “BMV 540” minik markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla dostunun uşağı xəstə olduğu üçün Quba-Xaçmaz yolunda Xaçmaz rayonu, istiqamətində hərəktədə olarkən sürət həddini aşmış, yol polisinin saxla işarəsinə əməl etməmişdir. Həmin vaxt heç bir avtoxuliqanlıq hərəkəti etməmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, 26.01.2021-ci il tarixdə saat 12:45 radələrində dostu Şəxs məxsus “BMV” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xaçmaz rayon istiqamətində hərəkətdə olarkən Şəxs yol polisi ona saxla işarəsi versə də, sürət həddini aşaraq tabe olmamışdır. Qayıdanda saxlayıb YPX əməkdaşlarına özlərini təqdim etmişlər. Avtoxuliqanlıq hərəkətləri etməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli İXM-nin 511.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsi bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə-inzibati məsuliyyət nəzərdə tutur. Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.3cü maddəsilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar