Məhkəmə qərarları › İş №3(027)-772/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-772/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-772/2025 28.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, “X7 Təsərrüfatı” MMC (ünvanı: Quba rayonu, 1-ci Nügədi kəndi) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Xaçmaz Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı X3 tərəfindən “X7 Təsərrüfatı” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli 01400-06165/25 №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 2024-cü ilin noyabr ayında **********5847 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin mügabilində gaytarılmalı olan 47,00 ABŞ dolları (79,90 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməməsi ilə bağlı Xaçmaz Gömrük İdarəsində araşdırma aparılmışdır. Faktla bağlı aparılmış araşdırma ilə əlagədar Şəxs MMC-nin halhazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məgsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, Şəxs MMC-nin xx.xx.2007ci il tarixində ********** nömrəli VÖEN-lə hügugi şəxs gismində geydiyyata alındığı, hügugi ünvanının Quba rayonu, 1 Nügədi kəndi olduğu və rəhbərinin X6 olduğu məlum olmuşdur. Bundan sonra, Şəxs MMC-nin geydiyyatda olduğu (Quba rayonu, 1 Nügədi kəndi) ünvana xx.xx.2025-ci il tarixində 3-33-1700/2-001550/2025 saylı bildiriş, həmçinin də xx.xx.2025-ci il tarixli, 3-33-1700/2-002572/2025 saylı məktub göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin mügabilində köçürülməli olan, ümumilikdə 47,00 ABŞ dolları (79,90 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlagədar nümayəndəsinin müvafig təsdigedici sənədlərlə birlikdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli “X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haggında” protokoldan müəyyən olunur ki, Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə 2024-cü ilin noyabr ayında **********5847 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin mügabilində gaytarılmalı olan 47,00 ABŞ dolları (79,90 manat) məbləğində vəsait Şəxs MMC-in Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdig olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12.2-ci bəndinin tələbinə əsaəsən 180 gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs MMC 2024-cü ilin noyabr ayında **********5847 nömrəli gömrük bəyannaməsi üzrə 47,00 ABŞ dolları (79,90 manat) məbləğində vəsaiti bəyan olunduğu gündən bu günə qədər Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesabına köçürülməsini təmin edə bilməmişdir. Beləliklə də, Quba rayonu, 1 Nügədi kəndində geydiyyatda olan Şəxs MMC ixrac etdiyi və ixrac olunan malın mügabilində müvəkkil edilmiş bankın hesabına məcburi gaydada küçürülməli olan 79,90 (yetmiş dogguz manat, doxsan gəpik) manat valyuta vəsaiti az migdar təşkil etmiş və nəticədə,Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli, 3-33-1700/012/003081 saylı raportla, gömrük bəyannamələri ilə təsdig edilir. İş üzrə protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi məhkəməyə ərizə göndərərək, iş üzrə protokolu müdafiə etdiyini bildirmiş, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X7 Təsərrüfatı” MMC-nin məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin İXM-nin 64.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Rəsmiləşdirmə Mərkəzinin rəisi tərəfindən Xaçmaz Gömrük İdarəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli Raportda qeyd edilmişdir ki, Quba rayonu, 1 Nügədi kəndi ünvanında qeydiyyatda olan “X7 Təsərrüfatı” MMC-nin (Vöen:**********) 2024-cü ilin noyabr ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 47,00 ABŞ dolları dəyərində “meyvə” məhsullarını Xaçmaz Gömrük idarəsində rəsmiləşdirməklə X4 ixrac etmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq “X7 Təsərrüfatı” MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixli 3-33-1700/2- 001550/2025 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-33-1700/2-001550/2025 saylı bildirişdən görünür ki, Xaçmaz Gömrük İdarəsi tərəfindən “X7 Təsərrüfatı” MMC-yə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində rəsmiləşdirilən müvafiq bəyannamələr üzrə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməməsi barədə 01400284 nömrəli bildirişi təqdim edilmişdir. Toplanmış sənədlərlə müəyyən olunmuşdur ki, “X7 Təsərrüfatı” MMC qaytarılmamış xarici valyuta vəsaitlərinin (47,00 ABŞ dolları) Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqpozmanın törədildiyi günə, yəni .2024-cü ilin noyabr ayına olan ABŞ dolarının rəsmi məzənnəsinə (1 ABŞ dolları = 1.7000) uyğun olaraq dəyəri 79.90 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin qeydinə əsasən az miqdar hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-məsuliyyət nəzərdə tutur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, “X7 Təsərrüfatı” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “X7 Təsərrüfatı” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə “X7 Təsərrüfatı” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: “X7 Təsərrüfatı” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi–14,10 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar