Məhkəmə qərarları › İş №3(027)-773/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-773/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-773/2024 23.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2 qızının katibliyi, Protokolu tərtib edən X1, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Quba rayonu, Cimi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixində saat 18:25 radələrində Quba şəhər, Heydər Əliyev prospektində yerləşən “Topaz”ın kassiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs 200 manat “etibarsızdır” qeydli saxta pul əskinası verərək, bilet almışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən X3 izahatında bildirmişdir ki, Quba rayonu Timiryazev kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə kassir işlədiyi “Top.az” mərc oyunları yerində Ayaz adlı şəxsin onun etibarından sui istifadə etməklə 200 manat pulunu dələduzluq yolu ilə taladığını və Zərərçəkmiş şəxs 200 manat ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o zərərçəkəni tanıyır və ziyandan bir qismini ödəişdir və razılıq əldə etmişdir. Əməlindən peşman olduğunu bildirmiş və məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, Quba şəhəri Heydər Əliyev prospektində yerləşən “Top.az” mərc oyunlarında kassir vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə üzdən tanıdığı Ayaz adlı şəxs ona yaxınlaşmış və 200 manat dəyərində kupon yazmağını istəmişdir. O kuponu yazdıqdan sonra 200 manat pulunu tələb edən zaman həmin şəxs ona üzərində “etibarsız” yazılmış 200 manat pul əskinasını ona vermiş o da pulun etibarsız olduğunu deyən zaman, Ayaz üzərində hal hazırda pulunun olmadığını bildirərək oradan uzaqlaşmışdır. Buna baxmayaraq, Ayaz ona dəyən ziyanı qismən ödəmişdir və buna görə ərizə təqdim edərək barışdıqları üçün şikayətçi olmadığını bildirmiş və inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 iyul 2024-cü il tarixli qərarından göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, şikayət və tələbin olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1 və 351.1-ci maddəslərində nəzərədə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibat iş üzrə icraata xitam verilir. Qeyd edilən Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilməklə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar