Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-774/2020 02.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi ilə Azərbaycan Respublikası Dövlət Komitəsinin 13 saylı Ərazi Şöbəsinin xx xxxxxx 2017-ci il tarixli, 000624 saylı qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Dövlət Komitəsinin 13 saylı Ərazi Şöbəsinin xx xxxxxx 2017-ci il tarixli, 000624 saylı qərarından şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Komitəsinin 13 saylı Ərazi Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxx 2017-ci il tarixli, 000790 saylı protokol və inzibati tənbeh vermə haqqında xx xxxxxx 2017-ci il tarixli, 000624 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən xx xxxx 2017-ci il tarixli № 000790 saylı protokol tərtib olunmuş, eləcə də həmin protokol əsasında xx xxxxxx 2017-ci il tarixli inzibati tənbehin tətbiq edilməsi haqqında MN № 000624 qərar tərtib olunaraq 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Həmin protokol və qərarın mövcud olmasından xx xxxxxx 2020-ci il tarixdə xəbər tutmuşdur. Belə ki, Bakı şəhərindən Quba rayonu istiqamətində hərəkətdə olarkən Tağıyev qəsəbəsi ərazindəki pandemiya ilə əlaqədar qurulmuş polis postunda saxlanılarkən, ona bildirilmişdir ki, o, inzibati tənbehin tətbiq edilməsi barədə qərar əsasında 1000 manat cərimə olunmuşdur. O, polisə bildirmişdir ki, onun və həyat yoldaşının bu cərimədən və kim tərəfindən cərimə olunmağından xəbərləri yoxdur. Bundan dərhal sonra mən həmin protokol və qərarı əldə etmişdir. Qərarı oxuduğu zaman ona məlum olmuşdur ki, qərar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Ərazi Şöbəsi tərəfindən tərtib olunmuşdur. O, ona qarşı tətbiq edilən inzibati cəzanın heç bir qanuni əsas olmadan onun haqqında tətbiq edilməsindən məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirirmişdir ki, sahibkarlıqla məşğul olur. Bu məqsədlə də 2017-ci ilin əvvəllərində Quba rayonu Əski İqriq kəndi ərazisində yerləşən 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və üstündə yerləşən tikililəri almaq qərarına gəlmiş, xx xxxx 2017-ci il tarixdə Quba rayonu Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Məmmədov Səməngül Babaşti qızı, X10, X12, X5 və X7 paylı mülkiyyət üzrə onlara məxsus Quba rayonu, Əski İqriq kəndində yerləşən 1,90 ha torpaq sahəsini almışdır. Həmin torpaq sahəsini alarkən həmin ərazidə tövlə binası və gözətçi otağı var idi. Həmin tövlə binası və gözətçi otağı Quba rayonu Əski-İqriq birgə paylı kəndli (fermer) təsərrüfatı aqrar islahat komissiyasının xx xxxxxx 2000-ci il tarixli 08 saylı protokoluna əsasən X3 əmlak payı olaraq verilmişdir. Sonradan X1 paylı mülkiyyət kimi ona verilmiş, tövlə və gözətçi otağından ibarət tikilini də qeyri-rəsmi olaraq onun hallalığın verməklə almışdır. Qeyd etmişdir ki, qeyd olunan torpaq sahəsinə dair adına AR ƏMDK yanında DƏDRX-nin seriya RX № ******* reyestr nömrəli, ********** qeydiyyat tarixli, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarış almışdır, 2017-ci ilin iyul ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Şöbəsinin əməkdaşları onun xəbəri və iştirakı olmadan ona məxsus torpaq sahəsinə baxış keçirmiş, onun guya həmin torpaq sahəsində 2 ədəd anbar və tövlə binası tikməyi barədə xx xxxx 2017-ci il tarixli, № 000790 saylı protokol tərtib etmişlər. Həmin protokol əsasında da xx xxxxxx 2020-ci il tarixli, № 000624 saylı qərar tərtib olunaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. O, həmin qərarla razılaşmıram. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində cərimə olunmağı əsassız və qanunsuzdur. Protokolda qeyd olunan tikililəri o tikməmişdir, o, kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alarkən həmin tikililər artıq həmin ərazidə mövcud idi. Qeyd olunan tikililəri satan Rafiq İskəndərovun bildirdiyinə görə əmlak payı kimi ona verilmiş tövlə binası və gözətçi otağı 1950-ci ildə tikilmişdir. Belə olan halda qeyd olunan tikililərin ona məxsus torpaq sahəsində yerləşməsinə görə o məsuliyyət daşımır. Bildirirmişdir ki, qeyd olunan protokol tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı ərazi şöbəsi qərarı qəbul edərkən Azərbaycan Respublikası İXM-nın 115-ci maddəsinin tələbini pozmuş, qərardan da göründüyü kimi inzibati xətanı o, törətmədiyim halda barəsində Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə xx xxxxxx 2017-ci il tarixli, № 000624 saylı qərar tərtib edilmiş və 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Dövlət Komitəsinin 13 saylı Ərazi Şöbəsinin xx xxxxxx 2017-ci il tarixli, 000624 saylı qərarından X4 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarından şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. İş materiallarından görünür ki, şikayət verən X2 ünvanı ünvan 1 şikayət verilən Azərbaycan Respublikası Dövlət Komitəsinin 13 saylı Ərazi Şöbəsinin xx xxxxxx 2017-ci il tarixli, 000624 saylı qərarının qəbul edildiyi yer isə Xaçmaz şəhəridir. Beləliklə məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası Dövlət Komitəsinin 13 saylı Ərazi Şöbəsinin xx xxxxxx 2017-ci il tarixli, 000624 saylı qərarından şikayəti ya X2 yaşadığı yer üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə, ya da həmin inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi yer üzrə Xaçmaz Rayon Məhkəməsinə verməlidir. Ona görə də Azərbaycan Respublikası Dövlət Komitəsinin 13 saylı Ərazi Şöbəsinin xx xxxxxx 2017-ci il tarixli, 000624 saylı qərarından X4 tərəfindən verdiyi şikayət geri qaytarılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Komitəsinin 13 saylı Ərazi Şöbəsinin xx xxxxxx 2017-ci il tarixli, 000624 saylı qərarından X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-774/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-774/2020
02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver