Məhkəmə qərarları › İş №3(027)-774/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-774/2021

27.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-774/2021 27.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 528.1-ci maddəsilə 23.09.2021-ci il tarixdə ******* №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında verdiyi izahatında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 izahatında göstərmişdir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 01.11.2018-ci il tarixli, 2(027)-2813/18 saylı icra sənədinə əsasən 22.09.2015-ci il tarixdə anadan olmuş X5 və 02.09.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi 03.12.2018-ci il tarixdən hesablanmalıdır. Şəxs 30 manat dövlət rüsumu tutulmalıdır. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 11.02.2021-ci il tarixli, 2(027)-483/21 saylı icra sənədinə əsasən 22.09.2015-ci il tarixdə anadan olmuş X5 və 02.09.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Quba Rayon Məhkəməsinin 2(027)-2813 saylı, 01.11.2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırki qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq borclu Şəxs hər uşaq üçün hər ay 140 olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Borclu Şəxs 22.09.2015-ci il tarixdə anadan olmuş X5 xəstəlik xərcləri ilə əlaqədar hər ay 50 manat pul tutularaq, tələbkar X2 verilməlidir. Şəxs 30 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına 26.01.2021-ci il və 14.04.2021ci il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borclulara rəsmi məlumat verilmişdir. Lakin borclular icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdirlər. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclulun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə bu günkü tarixə qədər tələbkarın xeyrinə 6560 manat ödəniş olunmuşdur. Hal-hazırda 1840 manat məbləğində aliment borcu yaranmışdır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Quba rayon Məhkəməsinin 01.11.2018-ci il tarixli, 2(027)- 2813/18 saylı və 11.02.2021ci il tarixli, 2(027)-483/21 saylı icra sənədlərinə əsasən aliment pulundan hər ay tələbkara ödəmiş, maddi imkanı olmadığından, həmin borcu tam şəkildə ödəyə bilməmişdir. Borcunu ödəməyə etiraz etmir, hazırda 200 manat ödəniş etmiş, qalan borcunu yaxın müddətdə ödəyəcəkdir. Göstərdiyi halları nəzərə alaraq, aliment borcunun ödənilməsi üçün ona vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Şəxs qarşı hazırda baxılan inzibati işlə əlaqədar heç bir tələb və şikayəti yoxdur, hazırkı Şəxs barəsində inzibati işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 01.11.2018-ci il tarixli, 2(027)- 2813/2018 saylı icra vərəqəsindən görünür ki, 22.09.2015-ci il tarixdə anadan olmuş X5 və 02.09.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(027)- 483/2021 saylı icra vərəqəsindən görünür ki, 22.09.2015-ci il tarixdə anadan olmuş X5 və 02.09.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Quba Rayon Məhkəməsinin 2(027)-2813 saylı, 01.11.2018-ci il tarixli qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırki qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq borclu Şəxs hər uşaq üçün hər ay 140 olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. Borclu Şəxs 22.09.2015-ci il tarixdə anadan olmuş X5 xəstəlik xərcləri ilə əlaqədar hər ay 50 manat pul tutularaq, tələbkar X2 verilməlidir. İş materiallarından görünür ki, Şəxs oğlunun adına daşınmaz əmlak, daşınar əşyaların rəsmi reyestrində qeydiyyata alınmalı olan daşınar əşyalar, bank əmanətləri yoxdur. İş materiallarında olan 26597 saylı qəbzdən görünür ki, Şəxs tərəfindən Aybəniz Müslümova üçün 27.09.2021-ci il tarixdə 200 (iki yüz) manat məbləğində aliment pulu ödənilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Quba rayon İcra Şöbəsinin icra məmuru X8, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Quba rayon Məhkəməsinin 01.11.2018-ci il tarixli, 2(027)-2813/18 saylı və 11.02.2021-ci il tarixli, 2(027)-483/21 saylı icra sənədlərinin icrasıyla bağlı icra məmurunun qanuni tələlərini yerinə yetirməkdən və icra sənədini icra etməkdən imtina etməmiş, borcundan ödəniş etməklə icra sənədini icra etməyə çalışmış, üzrlü səbəbdən, maddi imkanı olmadığından icra sənədini tam icra etməmişdir. İşdəki sübutlarla Şəxs üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar