Məhkəmə qərarları › İş №3(027)-774/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-774/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-774/2024 14.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X10 qızının katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikasının DİN BDYPİ-nin 03 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X12 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının DİN BDYPİ-nin 03 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin YPX-nm bəzi əməkdaşları tərəfindən pozulmuş hüquqlarımı müdafiə edə bilmir. Belə ki, 19 iyun 2024-cü il, təqribən saat 18:00 radələrində özünə məxsus **-LU-*** dövlət nömrə nişanlı, “Ford Cargo” yük maşını ilə X5 çıxıb Quba istiqamətində hərəkətdə olduğu zaman, təqribən saat 19:30 radələrində Bakı-Quba - RF maqistral yolunun 43-cü km-də (H.Z.Tağıyev qəsəbəsinin çıxış hissəsində) DYP-nın İ Tağım YPX-nin inspektoru, polis baş serjantı X9 onu saxlayaraq idarə etdiyi avtomobilini yüklərin çəkisini hesablamaq məqsədilə tərəziyə çıxmalı olduğunu bildirmişdi. O YPXnin əməkdaşına yükün artıq olmadığını, avtomobilində 4080 ədəd bişmiş kərpicin olduğunu və kərpiclərin çəkisinin icazə verilmiş maksimal kütləni aşmadığını bildirsə də, israrla avtomobilin tərəziyə çıxmalı olduğunu bildirmişdir. Məcbur olub avtomobilini yük qarışıq tərəziyə çıxarmış. Yükün normadan artıq olduğunu bildirsələr də, bu barədə ona heç bir rəsmi arayış təqdim edilməmişdir. YPX-nin əməkdaşına yazdığı protokoldan şikayət edəcəyini və yazılmış protokolu Qərarsız saxlamağını xahiş etsə də, o bu xahişini gedib Baş idarədə etməsini bildirərək idarə etdiyi avtomobilin Qeydiyyat Şəhadətnaməsini də özündə saxlayaraq geri verməmişdir. O, DYP-nın İ Tağım YPX-nin inspektoru, polis baş serjantı X7 Avtomobilin qeydiyyat şəhadətnaməsini özündə saxlamasının qanunsuz bir əməl olduğunu bildirməyinə baxmayaraq “burda qanun mənəm” deyərək cavab vermişdi. Avtomobilini də gecə həmin tərəzi olan ərazidə saxlayaraq onu məcburi olaraq BDYP-nin 402 saylı otağına getməsini, getmədiyi təqdirdə ondan əlavə olaraq 1000,0 manat da alacağını bildirmişdir. DYP-nın İ Tağım YPX-nin inspektoru, polis baş serjantı X6 dediyi 402 saylı otağa gedərək orda mülki geyimdə olan “Cəmil” adlı şəxslə görüşüb. Həmin şəxs ona adiyyatı olmayan sənədlərin (daşnan malın hesab fakturasını, keyfiyyət sertifikatını və s.) ona təqdim etməsini istəmişdir. O həmin sənədlərin ona heç bir adiyyətı olmadığını bildirdiyi zaman ona cəriməni ödəməklə birlikdə əlavə olaraq 1000,0 Azn pul da verməli olduğunu bildirmişdir. xx.xx.2024 tarixində avtomobilini qanunsuz saxladıqları yerdən qaçıraraq Quba şəhərinə tərəf gəlmişdir. Quba şəhəri istiqamətində hərəkət etdiyi zaman Bakı - Quba avtomaqistral yolunun üzərində Vəl-vələ kəndi ərazisində yerləşən başqa bir tərəziyə avtomobilini eyni yüklə çəkdirərək qəbzini götürmüşdür. Əldə etdiyi qəbz üzərində olan yükə görə çəki idarə etdiyi avtomobil üçün qanunla icazə verilmiş maksimal kütləni aşmadığını ortaya çıxarmışdır. Tərəzinin qəbzini götürdükdən sonra isə həmin yuklə DYP-nin yük avtomobillərinin yüklərini yoxlaması üçün istifadə etdikləri Bakı-RF yolunun Şabran rayonu ərazisindən keçən hissədə quraşdırılmış tərəzidən yenidən keçmək istədiyini bildirsə də, orda olan DYP-nin əməkdaşları buna icazə verməmişlər (video CD diskə əlavə edilmişdir). Ona, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol əsasında, İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2024cü il tarixli qərar qəbul edilmiş, həmin qərar əsasında mənə 600 (altı yüz) manat məbləğində cərimə yazılmışdır. Protokol ona xx.xx.2024-cü ildə yazılmasına baxmayaraq həmin protokol üzrə qərar xx.xx.2024-cü ildə qəbul edilmişdir. Məhkəmə iclasında X8 ərizəsinin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan 03 sentyabr 2024-cü il tarixli TP ******* saylı qərardan görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 (altı yüz) manat cərimə edilmiş, qərar həmin tarixdən qüvvəyə minmişdir. X4 məxsus **-LU-*** dövlət nömrə nişanlı, “Ford Cargo” yük nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, nəqliyyat vasitəsinin maksimal kütləsi 32000 kq, yüksüz kütləsi 6785 kq-dır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X3 Xidməti” və DYP əməkdaşının iştirakı ilə xx.xx.2024-cü il tarixdə Bakı-Quba yolunun 45-ci km-də yerləşən 1 saylı TNM-də tərtib olunmuş Aktdan görünür ki, X1 idarə etdiyi **-LU-*** dövlət nömrə nişanlı, “Ford Cargo” yük nəqliyyat vasitəsi tərəzidə çəkilərək yükünün 33195 kq-dan artıq olması aşkar edilmiş və nəqliyyat vasitəsinin 4-cü oxuna düşən yükün kütləsi icazə verilən yükün kütləsini aşaraq 10845 kq olması müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 52-ci bəndinə görə iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. Həmin Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-1.1-ci maddəsinəsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 127-1.5-ci maddəsinə əsasən saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il taruxli 104 saylı qərarına əsasən Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır: Dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobilə icazə verilən ümumi kütlə 32 t nəzərdə tutulmuşdur. Təqdim olunmuş sübutlardan göründüyü kimi, X4 məxsus **-LU-*** dövlət nömrə nişanlı, “Ford Cargo” yük nəqliyyat vasitəsinin texniki göstəriciləri üzrə icazə verilən maksimal kütləsi 32000 kq nəzərdə tutulmuş və icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinin icazə verilən ümumi kütlə üzrə 5 faiz və daha artıq yükləməklə aşma imkanı halında “Ford Cargo” nəqliyyat vasitəsinin yükünün 33195 kq-dan olması aşkar edilmişdir. Lakin normanın tələbindən göründüyü kimi, həmçinin oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq olmasına görə məsuliyyət müəyyən olunmuş qeyd edilən nəqliyyat vasitəsinin 4-cü oxuna düşən yükün kütləsi icazə verilən yükün kütləsini aşaraq 10845 kq müəyyən edilməklə tələblərin pozulması müəyyən olunmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən tərtib edilmiş 03 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli qərarı faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X2 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Azərbaycan Respublikasının DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə inzibati tənbeh vermə haqqında 03 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar