Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-774/2025 14.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Xəlilova Nigar Nemət qızı, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba rayon prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Xaçmaz rayonu, Yergüc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Quba Rayon Regional X3-laboratoriya şöbəsinin müdiri vəzifəsində işləyən, Xaçmaz rayonu, Yergüc kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Quba rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon prokuroru tərəfindən qəbul edilmiş «inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» xx.xx.2025-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında işi üzrə icraat başlanılmış və inzibati tənbeh tədbiri görülməsi üçün aidiyyəti üzrə Quba Rayon məhkəməsinə göndərilmişdir. «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs 01 iyul 2025-ci il tarixdə saat 09 radələrində Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin həyətində xəstəxananın Dəstək Xidmətləri ssbəsinin Təhlükəsizlik bölməsinin gözətçisi Zərərçəkmiş şəxs ilə aralarında aranmış mübahisə zamanı sonuncuya yumruqla zərbə endirərək ona alnında sağda sıyrıq, üst dodağın selikli qişasında qançır-qansızma fonunda dərəcəsi müəyyən edilməyən bədən xəsarəti yetirmiş bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Quba rayon prokurorunun köməkçisi X2 qərarda göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 01 iyul 2025-ci il tarixdə "Quba Rayon Mərkəzi Xəstənası”nın həyətində avtomobilini park etmək istəyən zaman xəstəxananın gözətçisi Emin avtomobili parklamağa icazə olmadığını demiş, avtomobildən enib şlaqbaumu qaldıran zaman Emin şlaqbaumu aşağı endirmiş, şlaqbaum onun başına dəymiş, Eminin bunu qərəzli olaraq etdiyini düşünərək onun üz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Zərərçəkəndən üzr istəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, o, 01 iyul 2025-ci il tarixdə xidmət başında olan zaman Kamil həkim avtomobili ilə xəstəxananın həyətindəki şlaqbaumu yaxınlaşıb onu qaldımağını istəmiş, Kamil həkimə xəstəxananın həyətində avtomobil parklamağa icazə olmadığını demiş və şlaqbaumu qaldırmamış, buna görə onların arasında mübahisə yaranmış, Kamil həkim onun üz nahiyəsindən yumruqla vurmuşdur. Şəxs sonradan ondan üzürxahlıq edib, ancaq o barışmamışdır. Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 402 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətləralnında sağda sıyrıq, üst dodağın selikli qişasında qançır-qansızma küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən vəziyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İlk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-774/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-774/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver