Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-776/2025 14.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Quba rayonu Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Quba rayonu Vladimirovka kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Quba rayonu, Vladimirovka kəndində aralarında yaranan mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Quba rayonu, Vladimirovka kəndində aralarında yaranan mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs döyülməsi izahat, ekspertiza rəyləri və təhqiqat sənədləri ilə təsdiq edilmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Quba rayonu, Vladimirovka kəndində atası, anası, yoldaşı və himayəsində olan bir uşağı ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İkinci Qarabağ müharibəsində iştirak etmiş və 3-cü dərəcəli əlilliyi vardır. Bu səbəbdən sosial müavinət alır. 27 may 2025-ci il tarixdə bütün günü icarəyə götürdüyü bağda atası ilə birlikdə işləmişdir. Evə gəlib yemək yeyərək yenidən bağa qayıtmışdır. Buradan çıxdıqdan sonra günün sonunda az miqdarda spirtli içki (pivə) qəbul etmiş, daha sonra işi yekunlaşdıqdan sonra 28 may 2025-ci il tarixdə, saat 00:40 radələrində Vladimirovka kəndinin girişində yerləşən “505” adlı ərzaq mağazasına getmişdir. O, siqaret və digər şeylər almalı olmuşdur. O, mağazaya girdikdə həmkəndlisi Zərərçəkmiş şəxs adlı şəxs kassada olmuşdur. O, Zərərçəkmiş şəxs ilə eyni kənddə yaşayır. Onunla aralarında normal münasibətləri olmuşdur. Aralarında düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs ondan yaşca kiçik olduğu üçün onunla oturub-durmamışdır. O, mağazaya daxil olduqda Zərərçəkmiş şəxs telefonla nəsə oyun oynadığını görmüşdür. O Zərərçəkmiş şəxs almalı olduğu şeylərin sifarişlərini vermiş, lakin bu zaman sonuncu ona etinasız yanaşmışdır. Belə ki, bir gün qabaq Zərərçəkmiş şəxs siqaret istəmiş və o, nisyə mal verməmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxslə münasibəti soyuq olmuşdur. O, təkrar olaraq birdə Elgünə istədiklərini verməyi xahiş etdikdə sonuncu ona kobud cavab verərək gözləməsini istəmişdir. O, həmçinin bu zaman Zərərçəkmiş şəxs bir gün qabaq etdiyi hərkətin düzgün olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs isə “bu mağazanın ona məxsus olduğunu və nə istəyirsə edə biləcəyini, yaxşı etdiyini” demişdir. O isə Zərərçəkmiş şəxs cavab verərək onunla normal səs tonunda danışmasını istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs isə kassanın qarşısından keçərək yumruqla onun sifət nahiyəsindən vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman mağazada heç kim olmamışdır. Yumruq zərbəsi ona güclü təsir etdiyi üçün özündə olmamışdır. Yerdən durmuş və oradan çıxaraq evə gəlmişdir. O isə qarşılığında digər tərəfə hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Quba rayonu, Vladimirovka kəndində ailəsilə birlikdə yaşayır. Quba rayonu, Vladimirovka kəndində icarə müqaviləsi əsasında “505” adlı marketi işlədir. Satıcı qismində isə özü fəaliyyət göstərir. 28 may 2025-ci il tarixdə təxminən saat 00:40 radələrində mağazada tək olduğu zaman həmkəndlisi Şəxs mağazaya daxil olmuşdur. Bu zaman Elgünün sərxoş olması aydın şəkildə hiss olunmuşdur. Şəxs ona yaxınlaşaraq nisyə siqaret və içki istəmiş, o isə sonuncuya nisyə mal vermədiyini xatırlatmışdır. Bu zaman Elgün heç bir səbəb olmadan onunla mübahisə etməyə, hansı səbəbdən nisyə mal vermədiyini soruşaraq onu təhqir etməyə başlamışdır. O, Şəxs sakitləşdirməyə çalışmış, səhvi olduğunu xatırlatmış və səhəri gün ayıldıqdan sonra bu barədə danışmaqlarını məsləhət görmüşdür. Lakin Şəxs ona məhəl qoymadan təhqir edərək onu bıçaqlayacağmı bildirmişdir. Lakin bu zaman əlində bıçaq və digər alət olmamışdır. Şəxs bu zaman həmçinin əli ilə sərt şəkildə kassa masasının üzərinə vurmuş, həmçinin vitrində olan ərzaq mallarını dağıtmağa başlamışdır. İşçi vitrinini aşırtmaq istəyən zaman o, Şəxs tutmuşdur. Bu zaman Şəxs onun boyununun sağ hissəsindən zərbə endirmişdir. O da Şəxs itələmiş və ona üz nahiyyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən Elgün yerə yıxılmamış, sadəcə arxaya doğru hərkət edərək və yerində dayanmışdır. O, daha sonra Şəxs yaxınlaşıb artıq əsəbləri soyuduğu üçün ona su içməsini bildirmiş və əl-üzünü yumağı təklif etmişdir. Aralarında bu cür münaqişənin baş verəcəyini gözləmədiyini və Şəxs onu təhqir edərək vitrinləri dağıtmağından əsəbləşərək buna yol verdiyini bildirmişdir. Lakin Şəxs onun dediklərinə fikir verməmiş və onu təhqir edə-edə marketdən uzaqlaşmışdır. O, Şəxs yalnız yumruq zərbəsi ilə bir dəfə üz nahiyyəsindən vurmuş, bu zaman əlində heç nə olmamışdır. Mağazada videomüşahidə kameraları olmuş, lakin işləməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsin Quba Rayon Şöbəsinin canlı şəxsin məhkəmətibbi ekspertizasına dair 02 iyun 2025-ci il tarixli, 342 nömrəli rəyində Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər “boynunda sağda sıyrıq, sağ çiynində qançır”dır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməsi, əməlin CM-nin 221.1-ci maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif olunması, Zərərçəkmiş şəxs 01 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin məcəllənin 128-ci maddəsi ilə yenidən ittiham elan etmək haqqında qərar qəbul edilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibin başlanması rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İctimai təhlükəsizlik bölməsinə göndərilməsi və Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollar müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək, hesab edir ki, Şəxs döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd edilən Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatlardan müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq İİ qrup əlilliklə bağlı əmək pensiyası alır. AR İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar - İİ qrup sağlamlıq imkanı məhdud şəxs olması və himayəsində yetkinlik yaşına çatmayan şəxs olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran haların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-776/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-776/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver