Məhkəmə qərarları › İş №3(027)-779/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-779/2021

08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-779/2021 08.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi X1 oğlunun katibliyi ilə, Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü (bundan sonar İXM) maddəsi ilə müəyyən olunmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Quba Rayon Məhkəməsində baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Maliyyə Nazirliyindən Quba Rayon Məhkəməsinə baxılması üçün Şəxs-nin İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə qanunda nəzərdə tutulmuş məcburi auditini aparmamışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 464-cü maddəsinin tələbləri pozulmuşdur. Buna görə də, 16.09.2021-ci il tarixdə Şəxs barəsində MB № ******* saylı inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs və protokolu tərtib edən nazirliyin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində tərtib olunmuş protokol əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 16.09.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə qanunda nəzərdə tutulmuş məcburi auditindən yayınmışdır. Azərbaycan Respublikası İXM-in 464-cü maddəsinə əsasən “Auditor Xidməti Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manata dək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manata dək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə ocraat aparılan Şəxs 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci il ildə qanunda nəzərdə tutulmuş məcburi auditindən yayınmışdır. Bununla da Şəxs-nin Azərbaycan Respublikası İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 464-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131 və 464-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məh kəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar