Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-780/2021 12.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba Regional X5 nümayəndəsi X1, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X4 iştirakları ilə, X10 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib edilmiş 21 aprel 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X10 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib edilmiş 21 aprel 2021-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsinin maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir X6 ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, barəsində X10 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib edilmiş 21 aprel 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X6 ərizəsində göstərmişdi ki, o, Quba Regional X5 21 aprel 2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 700 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş yuxarıda göstərilən inzibati xəta haqqında qərar düzgün tərtib edilməmişdir, həmin qərar qanunamüvafiq qaydada və müddətdə ona təqdim edilməmişdir. Qərarda qeyd olunur ki, o 02 aprel 2021-ci il tarixində Quba RMTM-nin Quba meşəbəyliyinin 5 saylı ərazisindən qanunsuz yolla 10 ədəd yaş kök üstə ağacları kəsib. Həmin yazılanlar həqiqəti əks etdirmir, əsassızdır. O, meşədən ağac kəsməmişdir, buna dair heç bir sübut yoxdur və ola da bilməz. Göstərilənlərə əsasən barəsində X10 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib edilmiş 21 aprel 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul etməyi məhkəmədən xаhiş еtmişdi. Məhkəmədə X6 bildirdi ki, onun barəsində X10 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib edilmiş inzibati qərar qanunsuzdur. O heç bir ağac kəsməyib, həyətində də gəlib ağac tutmayıblar. Atı olduğu üçün “Rixsos” oteldə fayton işlədir və qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Quba Regional X5 nümayəndəsi X3 bildirdi ki, qanunsuz yolla kəsilmiş ağacları meşə gözətçiləri aşkar etmişlər və torpaqda olan izlərlə gedərək M.Laçınovun həyətinə aparıldığı məlum olmuşdur, bu barədə mülki iddia ilə məhkəməyə müraciət olunub, Quba Rayon Məhkəməsi 31.05.2021-ci il tarixli 2(027)-1093/2021 saylı qətnamə qəbul edib. Ona görə də ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X4 X10 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib edilmiş 21 aprel 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, iş materialından görünür ki, X6 02 aprel 2021-ci il tarixində Quba RMTM-nin Quba meşəbəyliyinin 5 saylı ərazisindən qanunsuz yolla 10 ədəd yaş kök üstə ağac kəsmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə 700 manat məbləğdə cərimə edilmişdir. İş materiallarından görünür ki, X2 rayonu, Amsar kəndində qeydiyyadadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, X6 02 aprel 2021-ci il tarixində Quba RMTM-nin Quba meşəbəyliyinin 5 saylı ərazisindən qanunsuz yolla 10 ədəd yaş kök üstə ağacları özbaşına kəsərək meşə meşə fonduna ziyan vurmuş və meşədən qanunsuz yolla oduncaq əldə etməklə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin31 yanvar 2019-cu il tarixli 30 saylı qərarının 7-ci əlavəsini pozmuşdur. Şərh edilənlərə əsasən, məhkəmə X10 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib edilmiş 21 aprel 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 ərizənin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : X10 Təsərrüfatı Mərkəzi tərəfindən tərtib edilmiş 21 aprel 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-780/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-780/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver