Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-780/2022 28.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1965-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2022-ci il tarixində Quba şəhəri, T.Əhmədov küçəsində saxlanılan zaman üzərində 0,141 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində 28 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixində Quba şəhəri, T.Əhmədov küçəsində saxlanılan zaman üzərində 0,141 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, Şəxs üzərindən aşkar edilərək götürülmüş 09 ədəd bükülünün içərisində kütlənin ümumi təmiz çəkisi 0.141 qram narkotik vasitə hesab edilən heroindır. Həmin heroınin ümumi çəkisi 0,141 qramdır. Azərbaycan Respublikasının “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-cı ıl tarixdə Qanunu ilə tərtib olunmuş və 27 avqust 2005-ci il tarixdə qüvvəyə minmiş siyahıda narkotik vasitə olan heroin saxlanmasına görə cinayət məsuliyyəti şəxsi ıstehlak miqdar (təmiz halda qramla) daxil olmaqla yuxarı həddi 0,15 qram olduqda yaranır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2022-ci il tarixli 6/1983 saylı rəyindən görünür ki, Şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,141 qramdır, bu da sözü gedən qanunda nəzərdə tutulmuş cinayət məsulliyyəti yaradan həddən aşağıdır və inzibati məsuliyyət yaradır. Göründüyü kimi, Şəxs əməlində cinayət tərkibi deyil, onun əməlində AR İXM-nin 206-cı maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti onun barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötru Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Quba rayon X6 rayon mərkəzi xəsatəxanasına ünvanladığı 28 may 2022-ci il tarixli, 6/11-146-18947-1222 nömrəli məktubundan görünür ki, Təhqiqat Bölməsinin icraatında olan materialın icrası ilə əlaqədar Quba şəhər sakini Şəxs narkotik vasitə və psixotrop maddələrdən istifadə edib-etməməsi, həmçinin tibbi xarakterli məcburiyyət tədbirlərinə ehtiyacı olub-olamasının müəyyən edilməsindən ötrü aidiyyəti əməkdaşlara müvafiq göstəriş verilməsi xahiş olunmuş, Xaçmaz rayon Mərkəzi Xəstəxanasının 28 may 2022-ci il tarixli məktubu ilə Şəxs müayinəsi zamanı testin nətinəsi “neqativ” qiymətləndirilmişdir.Şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Belə ki, 28 iyul 2022-ci il tarixli məktuba əsasən Şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, Şəxs barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınmalıdır. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs barəsində həbs etmənin 28 iyul 2022-ci il tarixdən, saat 16:40-dan hesablanmalıdır. Quba rayon Polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,051 qram olan narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 28 iyul 2022-ci il tarixdən, saat 16:40-dan hesablansın. Şəxs barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınsın. Ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,141 qram heroin qərar qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-780/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-780/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver