Məhkəmə qərarları › İş №3(027)-781/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-781/2021

12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-781/2021 12.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, X3 iştirakı ilə, Xaçmaz rayon X9 Yol Patrul Xidməti Bölməsinin inzibati tənbeh vermə haqqında 29 avqust 2021-ci il tarixli, MN ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 469.1 və 327.1-ci maddələrinə əsasən barəsində tərtib olunmuş Xaçmaz rayon X9 Yol Patrul Xidmətinin İnzibati tənbeh vermə haqqında MN №0414845 saylı, 29 avqust 2021 -ci il tarixli qərarı ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 29 avqust 2021-ci il tarixdə o, idarə etdiyi “Howo” markalı ** CF *** Dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xudat şəhəri ərazisində hərəkətdə olarkən, yol ayrıcında işıqfora çatdıqdan sonra sağ tərəfə dönmə əməliyyatı edən zaman, arxadan gələn “Prado” markalı avtomaşının sürücüsü, onun sağ tərəfə dönməyini nəzərə almadan o da, onun sağ tərəfi ilə keçə biləcəyini güman edərək hərəkətini davam etdirmiş və bu zaman onun avtomaşınının akumlyator yerləşən hissəsinə onun idarə etdiyi avtomaşın toxunmuş, “Prado” markalı avtomabilin yan güzgüsünün və avtomaşının ön hissəsinin bir balaca əzilməsi ilə nəticələnmişdir. Bundan sonra hadisə yerinə gələn X11 Xidmətinin əməkdaşları həmin avtomaşının «Rentakar»-a məxsus olmasını və nədənsə sürücünün yəhudi olmasını gördükdən sonra, onun dediklərini əsas tutaraq inzibati xəta haqqında protokolu “Prado” markalı avtomaşının sürücüsü barəsində deyil, onun haqqında tərtib etmişdir. Bildirir ki, Xaçmaz rayon X10 Patrul Xidmətinin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş İnzibati tənbeh vermə haqqında MN №0414845 saylı, 29 avqust 2021-ci il tarixli qərarı əsassız və qanunsuz olduğundan məhkəmə qərarına əsasən ləğv edilməlidir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Xaçmaz rayon X9 Yol Patrul Xidməti Bölməsinin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Xaçmaz rayon X9 Yol Patrul Xidməti Bölməsinin inzibati tənbeh vermə haqqında 29 avqust 2021-ci il tarixli, MN ******* nömrəli elektron qərarından X4 tərəfindən verilmiş şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 29 avqust 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 rayonunun Xudat şəhərində idarə etdiyi “Howo” markalı ** CF *** Dövlət qeydiyyat nişanlı yük avtomobili ilə manevr qaydasını pozaraq, “Prado” markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İş materiallarında olan 29 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 rayonunun Xudat şəhərində idarə etdiyi “Howo” markalı ** CF *** Dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sağa dönmə əməliyyatını yerinə yetirən zaman manevr qaydasını düzgün yerinə yetirmədiyinə görə özündən sağdakı nəqliyyat vasitəsinə yol verməmişdir. İnzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, qərarda işinə baxılan vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmiş və işə baxılarkən müəyyən edilmiş hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Xaçmaz rayon X9 Yol Patrul Xidməti Bölməsinin inzibati tənbeh vermə haqqında 29 avqust 2021-ci il tarixli, MN ******* nömrəli elektron qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Xaçmaz rayon X9 Yol Patrul Xidməti Bölməsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Xaçmaz rayon X9 Yol Patrul Xidməti Bölməsinin inzibati tənbeh vermə haqqında 29 avqust 2021-ci il tarixli, MN ******* nömrəli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Xaçmaz rayon X9 Yol Patrul Xidməti Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar