Məhkəmə qərarları › İş №3(027)-781/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-781/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-781/2022 10.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X4 və Xaçmaz rayon Yol Patrul Xidmətinin inspektoru X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Xaçmaz rayon Yol Patrul Xidmətinin inspektoru X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X3 Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Xaçmaz rayon Yol Patrul Xidmətinin inspektoru X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə X6 şikayətini müdafiə edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Xaçmaz rayon Yol Patrul Xidmətinin inspektoru X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. X6 şikayətində göstərmişdi ki, Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X1 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsinə əsasən 40 manat məbləğində cərimə olunub.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X1 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı əsassız, mövcud inzibati qanunvericiliyin tələblərinə zidd, qərəzli olaraq heç bir faktiki sübutlara əsaslanmadan verildiyindən ləğv olunmalı və həmin qərarın icraatına xitam verilməlidir. Aşağıda göstərdiyi əsaslara görə barəsində verilmiş həmin qərarla razılaşmır.X6 xx.xx.2022-ci il tarixdə qeydiyyatı üzrə avtomobilinin dövlət qeydiyyat nişanının yenilənməsi ilə əlaqədar olaraq (köhnə nömrə ** RS ***) Xaçmaz rayon qeydiyyat-imtahan və texniki baxış şöbəsinə müraciət edib. Adı çəkilən şöbədə avtomobilinə yeni dövlət qeydiyyat nişanları təqdim edilib, (yeni nömrə ** BU ***) Şöbənin ona təqdim etdiyi dövlət qeydiyyat nişanları ikisidə düzbucaqlı formada olub. Lakin onun avtomobilinin tələb etdiyi bucaqların biri düzbucaqlı, digəri isə kvadrat formadadır. Bu barədə həmin qeydiyyat şöbəsinə məlumat versə də, onlar ona dövlət qeydiyyat nişanını dəyişdirmək və ya yenisi ilə əvəz etmək üçün yalnız Bakı şəhərində aidiyyəti qurumlara müraciət edərək ala biləcəyini bildiriblər. Dövlət qeydiyyat nişanının birini avtomobilin arxa nömrə qoyulan hissəsinə, digərini isə avtomobilin ön şüşəsinin görünən və oxunacaq formada qoyub.Maşını idarə edib yola düşdüyü zaman Xaçmaz Rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X2 onu xx.xx.2022-ci il tarixdə saat 18:42-də, Xaçmaz, rayon Z.Tağıyev küçəsində saxlayaraq maşınımın nömrəsinin olmadığını bildirdi. O polis əməkdaşına Xaçmaz rayon qeydiyyat şöbəsindən gəldiyini, nömrələri yeni aldığını və idarə etdiyi Hyundai Sonata markalı avtomobilinin nömrə yerlərinin biri düzbucaql, o birinin kvadrat olduğunu, lakin qeydiyyat şöbəsinin ona vermiş olduğu nömrələrin hər ikisinin düzbucaqlı olduğunu bildirsə də, polis əməkdaşı onun dediklərinə məhəl qoymayaraq İnzibati Xətalar Məcəlləsinin 342.1.3 maddəsinə əsasən İXP4776918 saylı protokol tərtib edərək 40 manat cərimə növü tətbiq edib. Polis əməkdaşına yazdığı cərimənin əsassız olduğunu və dövlət qeydiyyat nişanını mümkün olduğu qədər oxucanaq dərəcədə ön şüşəyə qoyduğumu da bildirdim. Polis əməkdaşı maşının ümumi şəklini çəkmək əvəzinə, özünə lazım olan hissəsinin fotoşəklini çəkib götürüb. Göstərilənləri nəzərə alaraq, xx.xx.2022-ci il tarixində Xaçmaz rayonu YPX inspektoru polis serjantı X2 tərəfindən barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdi. Məhkəmədə Xaçmaz rayon Yol Patrul Xidmətinin inspektoru X2 bildirdi ki, X6 xx.xx.2022-ci il tarixdə özünə məxsus avtomobili idarə edən zaman qanuna uyğun olmayaraq, avtomobilin qabaq dövlət nömrə nişanını avtomobilin ön şüşəsinin arxasına vurmuşdur. Ona görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.1.3-cü maddəsilə TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 32.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 manat cərimə cəzası tətbiq edilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, qərarda işinə baxılan vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmiş və işə baxılarkən müəyyən edilmiş hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN Xaçmaz rayon Yol Patrul Xidmətinin inspektoru X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Xaçmaz rayon Yol Patrul Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Xaçmaz rayon Yol Patrul Xidmətinin inspektoru X2 tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Xaçmaz rayon Yol Patrul Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar