Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-782/2020 29.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokolundan X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokolunun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o,xx.xx.2020 ci tarixində saat 11:37 radələrində Bakı şəhəri, N.Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində etibarnamə ilə idarə etdiyi “Nisan X Trail minik” markan ** FK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Bakı şəhəri DYPİ patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən saxlanılaraq Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 342.1.4 maddəsini rəhbər tutaraq barəsində İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Həmin an polis əməkdaşına narazılığını bildirsə də yuxarı instansiyalara və ya məhkəməyə şikayət edə biləcəyini bildirdi. Elə həmin gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə onlayn şikayət ərizəsi yazmış, xx.xx.2020 tarixində elektron ünvanına rəsmi cavab gəlmiş və protokolun qərarını qüvvədə saxlamışlar. Məktubda qeyd olunduğu İcraçı Polis kapitanı Zaur Quliyevlə əlaqə saxlamış və işə onun iştirakı ilə baxılmasını istəmişdir. Məktubda onun dəvət olunduğu, ancaq gəlmədiyi üçün işə onsuz baxıldığı qeyd edilsə də, onun xəbəri olmamışdır. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokolunun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Bakı şəhər DYPİ-nin inzibati xəta haqqında xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokolundan X3 tərəfindən verilmiş şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X3 xx.xx.2020-ci il tarixdə, saat 11:37 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində idarə etdiyi “NİSSAN X TRAİL MİNİK” markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət zamanı sükanı əlindən buraxdığına, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bununla da onun barəsində xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib olunmuş və o, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X9 xx xxxxxx 2020-ci il tarixli, 046-406974-4220 nömrəli məktubdan görünür ki, X2 yol patrul xidməti əməkdaşı tərəfindən barəsində qanunsuz inzibati xəta haqqında protokol tərtib edilməsi haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətə baxılmış,müraciətin onun iştirakı ilə araşdınlması məqsədilə onunla mobil telefon əlaqəsi saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsi Dövlət X11 dəvət olunmuşdur, o, DYPİ-yə gəlmədiyindən müraciət onun iştirakı olmadan araşdırılmışdır. Bildirilmişdir ki, X3 xx.xx.2020-ci il tarixdə «Nissan» markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin Ə.Rəcəbli küçəsində idarə edərkən hərəkət zamanı sükanı əlindən buraxmaqla «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin V hissəsinin 3-cü bəndinin tələbini pozduğuna görə yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xalalar Məcəlləsinin 342.1.4-cü maddəsi üzrə Qanunvericiliyin tələbinə uyğun inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol hərəkəti qaydasını pozmağı qeyd olunan yol sahəsində quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış videogörüntüdə təsdiqini tapmışdır. Araşdırma zamanı törətdiyi inzibati xətanın aşkar olunması və sənədləşməsində YPX əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi hallan müəyyən edilməmiş, araşdırmanın nəticəsindən narazı qaldığı halda iştirakı ilə müraciətə yenidən baxıla biləcəyi qeyd olunmuşdur. İş materiallarından görünür ki, Quba rayon Məhkəməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X11 sorğu verərək, X3 barəsində İXP ******* saylı protokolun tərtib edilməsinə əsas olan sübutları (hadisə anının video görüntüsü, fotoşəkili və s.) Quba Rayon Məhkəməsinə təqdim edilməsini xahiş etmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X10 heç bir sübut Quba Rayon Məhkəməsinə təqdim edilməmişdir. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, qərarda işinə baxılan vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmiş və işə baxılarkən müəyyən edilmiş hallar araşdırlmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri DYPİ-nin patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən X3 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilməldir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri DYPİ-nin patrul xidməti inspektoru polis baş serjantı X4 tərəfindən X3 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin.İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Bakı şəhər DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-782/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-782/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver