Məhkəmə qərarları › İş №3(027)-786/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-786/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-786/2024 03.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş materiallarını araşdırıb, m ü ə y y ə n e t d i m: Quba RPŞ-nin İTB-nin sahə rəisi, X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN 1603744-3341 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və 20 avqust 2024-cü il tarixdə baxılması üçün aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun və ona əlavə olunmuş materialların Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN 1603744-3341 nömrəli inzibati xəta haqqında protokolunda ziyan məbləği 1500 manat qeyd edilmiş, lakin protokola əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 01189 nömrəli ziyan aktında avtomaşına dəymiş ziyanın məbləği 94 manat hesablanmışdır. Göründüyü kimi protokolda qeyd edilmiş ziyan məbləği ilə ziyan aktında qeyd olunmuş ziyan məbləği fərqlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Hesab edirəm ki, qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Quba RPŞnin İTB-nin sahə rəisi, X1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Quba RPŞ-nin İTB-nin sahə rəisi, X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN 1603744-3341 nömrəli protokol və digər sənədlər Quba RPŞ-nin İTB-nin sahə rəisi, X1 qaytarılsın. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar