Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-787/2020 09.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu il tarixdə ünvan 1 saylı ünvanda qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 511.3-cü maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində Şəxs idarə etdiyi “BMW X 5” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomaşınla X1 idarə etdiyi “BMW X 5” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomaşın Quba şəhəri, Ə.Nərimanov küçəsində işıqfordan Quba şəhəri, Heydər Əliyev prospekti, Asan Xidmətin qarşısındakı dairəyədək yüksək sürətlə hərəkət edərək, digər avtomaşınların hərəkətinə təhlükə yaradaraq yarış həyata keçirmişdir. Bu barədə Quba RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı X2 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində etibarnamə ilə idarə etdiyi “BMW X 5” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən polis əməkdaşlarının “dur” əmrinə tabe olmuşdur. Protokolda yazılanlarla razı deyil. Qeyd edilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində Quba şəhərinin Heydər Əliyev parkının qarşısında iki avtomaşının yüksək sürətlə insaların həyatına təhlükə yaradaraq bir-biri ilə yarışdıqlarını müşahidə etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsinə əsasən bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş (Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verilməsii) hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan “DVD” diskdən görünür ki, Şəxs idarə etdiyi “BMW X 5” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomaşınla X1 idarə etdiyi “BMW X 5” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomaşın Quba şəhəri, Ə.Nərimanov küçəsində işıqfordan Quba şəhəri, Heydər Əliyev prospekti, Asan Xidmətin qarşısındakı dairəyədək yüksək sürətlə hərəkət edərək, digər avtomaşınların hərəkətinə təhlükə yaradaraq yarış həyata keçirmişlər. Belə ki, Şəxs protokolla razı olmasa da, məhkəmə araşdırması zamanı iş materiallarında olan disk və şahid ifadəsi ilə onun yüksək sürətlə insan həyatı üçün təhlükə yaradan Quba şəhərinin daxilində olan əsas yollardaidarə etdiyi “BMW X 5” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomaşınla avtomobil yarışı etməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib,barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 2000 (iki min) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 2000 (iki min) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-787/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-787/2020
09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver