Məhkəmə qərarları › İş №3(027)-787/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-787/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-787/2021 29.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1981--ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.2-ci maddələri ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs 24 iyul 2021-ci il tarixdə, saat 19:20 radələrində idarə etdiyi “MİTSUBİSHİ PAJERO- İO” minik markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomaşınla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməyərək, yol nişanlarının tələblərini pozmuş, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etmiş, nəticədə “HYUNDAİ ELANTRA” minik markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bu barədə Quba RPŞ-nin X4 Bölməsinin əməkdaşı X2 tərəfindən 27 iyul 2021-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, 24 iyul 2021-ci il tarixdə, saat 19:20 radələrində idarə etdiyi “MİTSUBİSHİ PAJERO-İO” minik markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhərinin Ə.Nərimanov küçəsi ilə hərəkətdə olarkən işıqforun qırmızı işığında Quba şəhərinin Azərbaycan küçəsi ilə hərəkətdə olan “HYUNDAİ ELANTRA” minik markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə həmin avtomaşının sağ iki qapısı, arxa sol təkəri sıradan çıxmışdır. Hadisə zamanı yanında qardaşının yoldaşı olmuş, heç bir bədən xəsarəti almamışlar. Sürücülük vəsiqəsinin olmadığını, nəqliyyat vasitəsini ara-sıra idarə etdiyini, hazırda əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi cəzaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs məsuliyyəti yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 332.4-cü maddədə nəzərdə tutulmuş 400 (dörd yüz) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 332.4cü maddədə nəzərdə tutulmuş 400 (dörd yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar