Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-787/2024 30.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X9 qızının katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, subay, işləməyən, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, şəxsi münasibətlər zəmnində Zərərçəkmiş şəxs döyərək, ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən X5 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Quba şəhəri 33-34-cü məhəllədə yaşayan X1 RPŞ-nə ərizə ilə müraciət edərək əri Şəxs onu xx.xx.2024-cü il tarixdə döydüyünü bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 20 avqust 2024-cü il tarixdə aralarında şəxsi münasibətlər zəminində X4 döymüş, ona sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək, izahatında bildirmişdir ki, 2024-cü ilin may ayından Elnarə Xudaverdiyevə ilə münasibəti olmuşdur. Aralarında nikah müqaviləsi bağladıqdan sonra Elnarə ilə birlikdə Quba şəhərində kirayə ev tutaraq birlikdə yaşamışlar. Elnarə ilə münasibətləri olan dövrdə qısqanclıq zəminində aralarında bir neçə dəfə mübahisələri olmuşdur. Ondan ayrılmaq istədiyini demişdir. Elnarə ilə aralarında olan mübahisə zamanı o Elnarəyə əsəbləşərək təhqir etmiş, lakin ona heç bir xəsarət yetirməmişdir. Əməlindən peşman olduğunu və məhkəməyə ərizə təqdim edərək, zərərçəkmişlə barışdığını qeyd edərək, inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 2024-cü ilin may ayından Şəxslə qeyri rəsmi münasibəti olmuşdur. xx.xx.2024-cü il tarixdə Rəsulla rəsmi nikah müqaviləsi bağlayaraq evlənmişdir. Rəsulla münasibəti olan dövürdə Rəsul onunla mütəmmadi qısqanclıq zəminində mübahisələr etmişdir. xx.xx.2024-cü il tarixdə Rəsul onunla yaşadığı evdə yenidən mübahisə etməyə başlamış onun qol nahiyyəsindən və ayaq nahiyyəsindən əllə və təpiklə vuraraq xəsarət yetirmişdir. Buna baxmayaraq barışdıqları üçün ərindən şikayətçi olmadığını bildirmiş və ərizə təqdim edərək inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 03 sentyabr 2024-cü il tarixli qərardan göründüyü kimi, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin 753 nömrəli, 24 avqust 2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, 2000-cü il təvəllüdlü X3 bədəni üzərində aşkar olunan xəsarət-sağ bazunun orta 1/3-nin ön səthində və sağ baldırın yuxan 1/3- nin ön bayır səthində qançır küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda göstərilən tarixdə tarixdə, yəni 20 avqust 2024-cü il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-787/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-787/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver