Məhkəmə qərarları › İş №3(027)-787/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-787/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-787/2025 19.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 334.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş materiallarını araşdırıb, m ü ə y y ə n e t d i m: Quba rayon polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati material xx.xx.2025-ci il tarixdə baxılması üçün aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun və ona əlavə olunmuş materialların Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati materiala Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə protokol əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Hesab edirəm ki, qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, inzibati xəta haqqında material Quba rayon Polis Şöbəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində inzibati xəta haqqında material Quba rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar