Məhkəmə qərarları › İş №3(027)-788/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-788/2020

09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-788/2020 09.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1999-cu ildə Quba şəhərində anadan olmuş, Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 511.3-cü maddələri ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində etibarnaməsiz və nəqliyyat vasitələrini idarə etmə hüquq olmadan idarə etdiyi “BMW X 5” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomaşınla X2 idarə etdiyi “BMW X 5” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhəri, Ə.Nərimanov küçəsində işıqfordan Quba şəhəri, Heydər Əliyev prospekti, Asan Xidmətin qarşısındakı dairəyədək yüksək sürətlə hərəkət edərək, digər avtomaşınların hərəkətinə təhlükə yaradaraq yarış həyata keçirmişdir. Bu barədə Quba RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı X1 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “BMW X 5” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhəri, Ə.Nərimanov küçəsindən hərəkət edərkən “Sünbül” marketin qarşısında hərəkətdə olan “BMW X 5” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomaşını ötmək məqsədilə sürətini artırmış, amma ötə bilməmişdir. Bu əməlin avtomobil yarışı olduğunu bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində Quba şəhərinin Heydər Əliyev parkının qarşısında iki avtomaşının yüksək sürətlə insaların həyatına təhlükə yaradaraq bir-biri ilə yarışdıqlarını müşahidə etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddəsinə əsasən bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş (Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verilməsii) hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən qəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan “DVD” diskdən görünür ki, Şəxs idarə etdiyi “BMW X 5” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomaşınla X2 idarə etdiyi “BMW X 5” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomaşın Quba şəhəri, Ə.Nərimanov küçəsində işıqfordan Quba şəhəri, Heydər Əliyev prospekti, Asan Xidmətin qarşısındakı dairəyədək yüksək sürətlə hərəkət edərək, digər avtomaşınların hərəkətinə təhlükə yaradaraq yarış həyata keçirmişlər. Məhkəmə araşdırması zamanı iş materiallarında olan disk və şahid ifadəsi ilə Şəxs idarə etdiyi “BMW X 5” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomaşınla yüksək sürətlə insan həyatı üçün təhlükə yaradan Quba şəhərinin daxilində olan əsas yollarda avtomobil yarışı etməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi cəzaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 511.3-cü maddədə nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 2000 (iki min) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 511.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 511.3-cü maddədə nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 2000 (iki min) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar