Məhkəmə qərarları › İş №3(027)-79/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-79/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-79/2021 09.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN-nin Quba YPX-nin inspektoru X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Quba YPX-nin xx xxxxxx 2021-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinin tələblərini pozmuşdur. X4 ərizə ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN-nin Quba YPX inspektoru X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X4 ərizəsində göstərmişdi ki, o,xx.xx.2021-ci il tarxdə Quba şəhərində G.Əsədov küçəsində yerləşən posta yaxınlaşmış orada olan polis əməkdaşları özünü təqdim etməyərək onun karantin rejmi qaydaları pozulduğu soylənmiş icazəsi olduğunu halda cərimə tətbiq edilməsi bildirilmişdir. Bildirdi ki poliş əməkdaşları qanunları bilmədiyi üçün ona cərimə tətbiq edilmişdir. Bununla da Quba RPŞ-nə aparılmış orada 200 manat cərimə olunmuşdur. Göstərilənlərə əsasən barəsində Azərbaycan Respublikası DİN-nin Quba YPX inspektoru X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul etməyi məhkəmədən xаhiş еtmişdi. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə X2 və Quba rayon PŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası DİN-nin Quba YPX-nin inspektoru X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, iş materialından görünür ki, X5 xx.xx.2020-ci il tarixli yaşayış yerini tərk etməsi barədə icazə almış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə edilmişdir. İş materiallarından görünür ki, X1 rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyadadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, X2 xx.xx.2020-ci il tarixdə yaşadığı Quba rayonu, Qonaqkənd qəsəbəsində yaşayış yerini tərk etməsi barədə icazə almış və Quba şəhəri ərazisinə daxil olaraq karantin qaydalarını pozmuşdur. X1 rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyada olduğu üçün Quba şəhərinə daxil olması xüsusi karantin qaydalarına ziddir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxx 2020ci il tarixli qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) girişçıxış dayandırılmışdır. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası DİN-nin Quba YPX-nin inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 ərizənin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Azərbaycan Respublikası DİN-nin Quba YPX-nin inspektoru X3 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar