Məhkəmə qərarları › İş №3(027)-79/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-79/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-79/2023 23.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Quba rayonu, Güləzi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Quba rayonu, Təbliğat üzrə inspektor polis kapitanı X4 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində idarə etdiyi Mersedes-Benz markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xaçmaz istiqamətindən Quba istiqamətinə hərəkətdə olmuş, həmin vaxt idarəetməni itirmiş, avtomobil yoldan kənara çıxmış, yolun sağ kənarında dayanan qara rəngli Mersedes-Benz markalı avtomobilə dəyərək toqquşmuş və daha sonra həmin istiqamətdə evin qarşısında dayanan traktor qoşqusuna dəyərək yol nəqliyyat hadisəsi törətmişdir. O, zərərçəkmiş şəxs olan X3 ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. İlk dəfədir ki, inzibati xəta törətmişdir. İnzibati xəta törətməsini etiraf edir, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək, göstərmişdir ki, 14 noyabr 2022- ci il tarixdə, təxminən saat 18 radələrində idarə etdiyi Mersedes-Bez markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evin qarşısında qardaşının avtomobilinin çıxması üçün ona yol vermək istəmiş, həmin vaxt Xaçmaz istiqamətindən Quba istiqamətinə hərəkətdə olan avtomobil yoldan çıxıb onun avtomobilinə çırpılmış və sonra qonşunun evinin qarşısında dayanmış traktor qoşqusuna dəyib dayanmışdır. O, avtomobildən aşağı enmiş, qardaşı isə təcili yardım çağırmış və toqquşduğu avtomobilin sürücüsü ilə həmin vaxt təcili yardım avtomobili ilə xəstəxanaya getmişlər. Həmin vaxt o, avtomobili yerindən tərpətib arxaya verib saxlamışdır. İdarə etdiyi avtomobil onun özünə məxsusdur və «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Hal-hazırda Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan Quba PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, həmin qərarla Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti onun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inizibati xəta tədbir görülməsi üçün RPŞ-nin DYPB-nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, hazırda Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. Məhkəmə ilk dəfə inzibati xəta törətməsini və inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq çəkməsi kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar