Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-790/2024 01.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X23, İş üzrə tələbkarlar X2, X3, X9, X14 və X10, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Quba rayonu, Zizik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli işləməyən, Quba rayonu, Zizik kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş MN ******* nömrəli, 01 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(027)-43/2015 saylı icra sənədinin icra edilməməsi, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X26 Təqdimatda göstərmişdir ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 2(027)-43/2015 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 10000 manat məbləğində pul alınaraq X4 verilməlidir. Borclu Şəxs 19 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X4 verilməlidir. Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2649/19 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 6000 manat vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 60%-ni təşkil edən 12 manat alınaraq tələbkar X5 verilməlidir. Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-904/19 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 3500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, tələbkar X6 verilməlidir. Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-460/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 5000 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat və hüquqi yardıma görə ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınıb tələbkar X12 verilməlidir. Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-536/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar X15 xeyrinə 26000 manat məbləğində pul tutulmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-719/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 7000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar X17 verilməlidir. Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2142/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 10200 manat məbləğində pul və 134 manat dövlət rüsumu alınaraq tələbkar X18 verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-730/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumu alınaraq tələbkar X13 verilməlidir. Eyni borclu Şəxs barəsində olan hər altı icra sənədi ümumi icraatda birləşdirilmişdir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2019-cu il, xx.xx.2020ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan tam təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Şəxs bu günədək icra sənədləri üzrə tələbkarların xeyrinə ümumilikdə 20.255 manat məbləğində ödəniş etmişdir və onun hal-hazırda ümumilikdə 52.625 manat borcu mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək, izahatında bildirmişdir ki, o hazırda xəstədir, əməliyyat olunmuş və bir böyrəyi də işləmir. Həmçinin həm dializ, həm şəkər xəstəsidir. Borcundan bu günə kimi 20 000 manatdan çox ödəniş etmişdir. O tələbkarlara olan borcunu ödəməkdən boyun qaçırmır, lakin uzun müddət müalicə aldığından onun ödəniş etmək qabiliyyətində olmamışdır. Ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra işi üzrə tələbkar X7 izahatında bildirmişdir ki, Şəxs icra məmurunun xəbərdarlığına baxmayaraq icra sənədini icra etməkdən bilə-bilə yayınır. Ona 5100 manat borcu qalmış, borcunu tələb edərək, barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra işi üzrə tələbkar X19 izahatında bildirmişdir ki, Şəxs ona 5000 manat borcu var, 2020-ci il fevral ayında qətnamə çıxıb, lakin bu günə kimi borcundan bir manat da ödəniş etməmişdir və borcu ödəməkdən yayınır. Borcunu tələb edərək, barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra işi üzrə tələbkar X8 izahatında Şəxs ona 2700 manat borcu olduğunu bildirmiş və borcunu tələb etdiyini, borclu barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra işi üzrə tələbkar X25 izahatında Şəxs ona 10300 manat borcu olduğunu, borcunu tələb etdiyini, borclu barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra işi üzrə tələbkar X20 izahatında Şəxs ona 5070 manat borcu olduğunu və borcunu tələb edərək, barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X26 izahatında borclunun sonuncu dəfə iyun ayında tələbkarlara ayrılıqda 600 manat, 150 manat, 150 manat, 500 manat ödənişlər etdiyini, daha əvvəl də qismən ödənişlər etdiyini, 2024-cü ilin mart ayında da 500 manat ödəniş etdiyini qeyd edərək, həmçinin bildirmişdir ki, borclunun tələbkar X13 olan borcu barədə icra sənədi 2024-cü ilin avqust ayında icraata daxil olmuş, həmin işlə bağlı ödəniş edilməmişdir. X1 icra sənədi 2015-ci ilin icra sənədidir, bir dəfə geri qaytarılmış, sonra yenidən icraata yönəldilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsində və icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsində ifadə olunan hərəkətlərlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan; Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-43/2015 saylı icra vərəqəsinə əsasən, Cavabdeh Şəxs 10000 (on min) manat məbləğində pul alınaraq X11ma verilsin. Cavabdeh Şəxs 19 (on doqquz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-904/19 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 3500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, tələbkar X6 verilməlidir. Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2649/19 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 6000 manat vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 60%-ni təşkil edən 12 manat alınaraq tələbkar X5 verilməlidir. Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-460/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 5000 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat və hüquqi yardıma görə ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınıb tələbkar X12 verilməlidir. Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-536/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar X15 xeyrinə 26000 manat məbləğində pul tutulmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-719/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 7000 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar X17 verilməlidir. Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2142/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 10200 manat məbləğində pul və 134 manat dövlət rüsumu alınaraq tələbkar X18 verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-730/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumu alınaraq tələbkar X13 verilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların surətindən görünür ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-904/19 saylı icra sənədi, xx.xx.2015-ci il tarixli, 2(027)-43/2015 saylı icra sənədi, xx.xx.2020-ci il tarixli, 2(027)-460/2020 saylı icra sənədi, xx.xx.2020-ci il tarixli, 2(027)-536/2020 saylı icra sənədi, xx.xx.2022-ci il tarixli, 2(027)-2142/2022 saylı icra sənədi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-719/2020 saylı icra sənədi və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-730/2024 saylı icra sənədi icra məmuru X23 icraatına daxil olmuşdur. Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2649/19 saylı icra sənədi icra məmuru Rüstəm Xələflinin icraatına daxil olmuşdur. İş materiallarından görünür ki, icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında icra məmuru X23 xx.xx.2024-cü il tarixli qərarına əsasən Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-904/19 saylı icra sənədi, xx.xx.2015-ci il tarixli, 2(027)-43/2015 saylı icra sənədi, xx.xx.2020-ci il tarixli, 2(027)-460/2020 saylı icra sənədi, xx.xx.2020-ci il tarixli, 2(027)- 536/2020 saylı icra sənədi, xx.xx.2022-ci il tarixli, 2(027)-2142/2022 saylı icra sənədi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-719/2020 saylı icra sənədi və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-730/2024 saylı icra sənədi bir icraatda birləşdirilmişdir. Borclunun təqdim etdiyi arayışdan göründüyü kimi, o, xx.xx.2024-cü il tarixdə Quba Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsində əməliyyat olunmuş və xx.xx.2024-cü il tarixədək ambulator müalicəyə buraxılmışdır. İş materiallarında olan bildirişlərdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs hər bir icra sənədi üzrə bildirişlər göndərilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədləri üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra sənədinin icrasının təmin edilməsi tələb edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-790/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-790/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver