Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-794/2022 03.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Quba rayonu, Digah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Digah kəndində qeydiyyatda olan və yaşayan (X1 1NYLQRP) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2022-ci il tarixində X2 40 manat pul verməklə narkotik vasitə hesab edilən marixuana almışdır. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Dadaş və Rasimlə zəngləşib Quba şəhərində H.Əliyev prospektində yerləşən Qafqaz Oil YDM-nin yaxınlığındakı Zeytun kafesində görüşüb çay içmişlər. Söhbət zamanı Dadaş ona və Rasimə marixuana çəkməyi təklif etmiş, Rasim və o həmin vaxt Dadaşın dediyi ilə razılaşmışlar. Lakin Rasimin və Dadaşın üzərində pul olmamış, onunda cibində 40 manat telefon kreditinin pulu olmuş və həmin pulu ödəniş etməli olduğunu demişdir. Rasim də üzərində pul olmadığını və üzərində olan puldan narkotik alacağı halda, həmin puldan özünə düşən hissəsini sabah verəcəyini demişdir. Dadaş da ona üzərində olan 40 manat pula narkotik vasitə marixuana almağını və həmin pulu kreditə ödəməli olduğu üçün axşam görüşən zaman 40 manat pulu ona verəcəyini demişdir. O da razılaşmış və maraqlanacağını demişdir. Dadaşla sağollaşdıqdan sonra tanışı Nəzər zəng edərək onları çay içməyə dəvət etmiş, o və Rasim birlikdə Nəzərlə Quba şəhərində Zeytun kafesinin yaxınlığında görüşmüş və Nəzərin işlədiyi otelə getmişlər. Oteldə olan zaman xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində o, tanışı Sahibə zəng edərək marixuana istədiyini demişdir. Sahib də bir qədər marixuanası olduğunu demiş, Sahibdən 40 manatlıq marixuana alacağını deyib və harada olduğunu soruşmuşdur. Sahib də Zərdabi qəsəbəsinə gəlməyini demişdir. O, Rasimə istifadə etməkləri üçün Zərdabi qəsəbəsində yaşayan tanışı Sahibdən marixuana almaq üçün getmək lazım olduğunu demiş, Rasim də razılaşmışdır. Nəzərin marixuana almaq üçün getmələrini bilməsini istəmədiyi üçün Nəzərə Zərdabi qəsəbəsində bir tanışı ilə görüşməli olduğunu deyib, onları aparmasım xahiş etmişdir. Nəzərin avtomobili ilə Zərdabi qəsəbəsinə gəlmişlər və avtomobildən enib Sahiblə görüşmək üçün getmişdir. Nəzər və Rasim avtomobildə qalmışlar. Sahiblə institut yolu deyilən yerin yaxınlığında görüşmüş və 40 manat pul verib marixuana almış, avtomobilə qayıtmışdır. Avtomobilə əyləşdikdən sonra aldığı marixuana bir ədəd kibrit qutusunun yarısı qədər olduğundan o, avtomobildə arxa sol oturacaqda əyləşmiş və qarşısında olan oturacağın arxa hissəsində kağız görmüş və həmin kağızı götürmüş, kibrit qutusunda olan marixuanam kağızın üzərinə tökmüş və həmin kütləni Rasim və Dadaşla çəkməkləri üçün 5 ədəd xırda bükümlərə ayırdıqdan sonra Rasimə saxlaması üçün vermişdir. Zərdabi qəsəbəsində Sahibdən narkotik aldıqdan sonra vaxt gec olduğundan evə getməli olduğu üçün Dadaşla zəngləşib kəndə getməli olduğunu marixuananın da Rasim də olduğunu demiş, Quba şəhərində Qırmızı qəsəbəyə tərəf gələn zaman avtomobildən enib kəndə getmək üçün taksilərə yaxınlaşmış, kəndə gedən taksiyə əyləşib evinə gəlmişdir. Daha sonra Rasimin üzərində narkotik vasitə gəzdirməsi ilə əlaqədar polis əməkdaşları tərəfindən saxlanılması barədə eşitmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 göstərilən xüsusatları təsdiq edərək protokolun onun tərəfindən tərtib edildiyini bildirdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 3221 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyinə əsasən, Şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, gənc olmasını, ilk dəfə inzibati xəta törətdiyini inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İnzibati xətaya görə inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətməsinin təsdiq olunması qənaətinə gəlməklə, inzibati xətanın xarakterini, ilk dəfə inzibati xəta törətdiyini, gənc olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli 3221 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən Şəxs məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, Şəxs barəsində məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məcburi müalicəyə ehtiyac olmaması nəzərə alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-794/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-794/2022
03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver