Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-797/2020 14.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Protokol tərtib edən X3 Zərərçəkmiş şəxs: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Quba rayonu, Digah kəndində anadan olmuş, evli, Quba rayonu, Digah kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Həbibov X4 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokolu tərtib edən şəxs X5 göstərdi ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3943/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasından yayınır, aliment borcunu ödəmir. Məhkəmədə zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, ona təyin olunmuş aliment borcunu ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ödəniş qəbzlərini təqdim edərək ona təyin olunmuş alimenti ödəyib. İşdə olan sənədlərdən görünür ki, Quba Rayon Məhkəməsinin 3(027)-504/2020 nömrəli xx.xx.2020-ci il tarixli inzibati qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə iş üzrə icraata xitam verilsin. Məhkəmə, işinbütünhallarınınməcmusunahərtərəfli, tamvəobyektivsurətdəbaxaraqvəişüzrəolansübutlarıqiymətləndirərəkhesabedirki,Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-797/2020 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmədə müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs ona təyin olunmuş alimenti ödəmişdir. Şərh edilənləri, Şəxs alimenti ödəməsi ilə əlaqədar ödəniş qəbzlərini nəzərə alaraq, məhkəmə Şəxs əməlindəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)- 797/2020 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(027)-797/2020 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-797/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-797/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver