Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-8/2022 11.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X5 oğlunun katibliyi ilə Şəxs MMC (ünvanı: Quba rayonu, Dəlləkli kəndi; qanuni təmsilçisi: X3; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs MMC 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə auditini aparmamışdır. Beləliklə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən inzibati xəta haqqında 23 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC-nin müdafiəçisi X4 məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsinin müdiri X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 464-cü maddəsinə əsaslanmaqla, müdafiəçisi olduğu “D.X2” MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, 23 dekabr 2021-ci il tarixli protokol baxılmaq üçün Quba rayon məhkəməsinə göndərilmiş və həmin protokol üzrə 3(027)-1079/2021 nömrəli işə məhkəmədə baxılması 10.01.2022-ci il tarixinə, saat 12:10-a təyin edilmişdir. İnzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, protokolun məzmununa və qanunverciliyin qeyd edilən müddəalarına uyğun olaraq, barəsində icraat aparılan şəxs tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının auditi 2020-ci ilin son gününə, yəni 31 dekabr tarixinə qədər aparılmalı idi. Uyğun olaraq, pozuntu sübuta yetiriləcəyi halda, inzibati tənbeh tədbiri də maksimum bir il ərzində, yəni 31.12.2021-ci il tarixinədək tətbiq edilə bilərdi. Göründüyü kimi, iş üzrə inzibati xəta faktı mövcud olsa belə, inzibati məsuliyyətə cəlb etmə üçün müəyyən edilmiş müddət (bir il) keçmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq Şəxs MMC və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, “D.X2” MMC tərəfindən inzibati xətanın törədilməsindən bir il müddət keçdiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, barəsində icraat aparılan şəxs tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının auditi 2020-ci ilin son gününə, yəni 31 dekabr tarixinə qədər aparılmalı idi. Uyğun olaraq, pozuntu sübuta yetiriləcəyi halda, inzibati tənbeh tədbiri də maksimum bir il ərzində, yəni 31.12.2021-ci il tarixinədək tətbiq edilə bilərdi. Göründüyü kimi, iş üzrə inzibati xəta faktı mövcud olsa belə, inzibati məsuliyyətə cəlb etmə üçün müəyyən edilmiş müddət (bir il) keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Beləliklə, məhkəmə hesab edir ki, “D.X2” MMC tərəfindən inzibati xətanın törədilməsindən bir il müddət keçdiyi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: “D.X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-8/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-8/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver